Bu bitki sakitləşdirir, təzyiqi salır...

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.

Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik , köpəleyhinə dərman preparatları hazırlanır.

Bizim.Media bildirir ki, nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən nanə uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaltmaq üçün gıcgahlarınıza nanənin efir yağını çəkin.

Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.

- Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.

Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır, ishal zamanı kömək edir.

Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir.

- Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob- və iltihabəleyhinə təsirlərə malikdir. Soyuqdəymə zamanı nanə çayı için. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir.

Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.

- Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin.

- Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrılar və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir.

- Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).

Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır, saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.

Nanə dəmləməsi ilə həmçinin ayaq vannaları etmək olar. Belə vannalar göbələk infeksiyası ilə mübarizə aparır, xoşagəlməz iyi aradan qaldırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Atalara ödənişli məzuniyyət veriləcək

Atalara ödənişli məzuniyyət veriləcək

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

“Atena” qanunvericiliyi pozdu

“Atena” qanunvericiliyi pozdu

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

End of content

No more pages to load

RADİO