İyulun 31 axşam saatlarında Ədirnədə Yunanıstan tərəfindən açılan atəş nəticəsində bir nəfər Türkiyə vətəndaşı həlak olub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Yunanıstanın Ankaradakı səfirliyinin məsləhətçisi Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Sənəddə hadisənin araşdırılması, qatilin müyyənləşdirilərək cəzalandırılması, həmçinin analoji halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi tələb olunub.
Bizim.Media