"Xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir" - Mehriban Əliyeva 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva XII Qəbələ Musiqi Festivalının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!


Sizi - XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır.

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.

Əziz dostlar!

Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm.

Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir.

Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.

Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr –VİDEO

BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR

Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR

"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"

"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"

Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Əfqanıstanda internet KƏSİLDİ

Əfqanıstanda internet KƏSİLDİ

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO