Cari ilin ilk 6 ayında ölkədən təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür.
Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən təxminən 667 min ton, yəni 4,8 faiz azdır.
Bizim.Media