“Rusiya Ukraynaya türk silahlarının tədarükündən narahat olmamalıdır” - Ərdoğanın müşaviri 

Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükyılmaz “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində deyib ki, rəsmi Moskva Türkiyədən Ukraynaya silah tədarükündən narahat olmamalıdır.

Bizim.Media xəbər verir ki, onun fikrincə, Türkiyənin bir ölkə ilə əlaqə qurması başqa dövlətlə münasibətlərdə problem yaratmır:

“Biz almaları armuddan ayırırıq. Türkiyə eyni zamanda müxtəlif ölkələrlə çox ölçülü təmaslar və əlaqələr qurmaq qabiliyyətinə və diplomatik bacarıqlara sahibdir.

Çalışmağa davam edəcəyik. Ehtiyaclarımıza və maraqlarımıza uyğun olaraq fərqli ölkələrlə əlaqə quracağıq. Bu baxımdan müttəfiqlərimiz, dostlarımız və əməkdaşlıq etdiyimiz insanlar narahat olmamalıdır”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir


Xatırladaq ki, aprel ayının əvvəlində Türk pilotsuz təyyarələrinin aparıcı istehsalçısı olan Bayraktar Ukraynaya öz komplekslərini satdığını deyib.

Moskva bunu sevinclə qarşılamayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kuleba bildirib ki, "Ukraynaya geniş miqyaslı hücum" olarsa, Rusiyanın qarşısını kəsmək üçün pilotsuz təyyarələrə ehtiyac var. 

Bundan əlavə, rəsmi Kiyev gəmilərin yaradılmasında Ankara ilə əməkdaşlıq edir. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Türkiyədə 2023-cü ilin sonuna qədər Ukrayna gəmiqayırma zavodunda tamamlanması planlaşdırılan korvetin gövdəsi qoyulub. Söhbət “Ada” sinfindən olan korvetlərdən gedir. İndi Türk Donanması bu layihənin dörd gəmisinə sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eltondan qalmaqallı AÇIQLAMA: “Bu, Laləyə ultimatum idi” - VİDEO

Eltondan qalmaqallı AÇIQLAMA: “Bu, Laləyə ultimatum idi” - VİDEO

Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər

“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər

Putinlə Uitkoffun görüşü 3 saatdan artıqdır DAVAM EDİR

Putinlə Uitkoffun görüşü 3 saatdan artıqdır DAVAM EDİR

Xəzərin sahilində suiti cəsədləri AŞKARLANDI

Xəzərin sahilində suiti cəsədləri AŞKARLANDI

Bakıda məşhur mağazada ər arvadını BIÇAQLADI

Bakıda məşhur mağazada ər arvadını BIÇAQLADI

Efirdə Vüsaləyə evlilik təklifi etdilər - VİDEO

Efirdə Vüsaləyə evlilik təklifi etdilər - VİDEO

"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi

"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə ÜZV SEÇİLDİ

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə ÜZV SEÇİLDİ

Ürək sağlamlığı üçün ən mükəmməl pəhriz AÇIQLANDI

Ürək sağlamlığı üçün ən mükəmməl pəhriz AÇIQLANDI

Kəlbəcərə güclü qar yağır - VİDEO

Kəlbəcərə güclü qar yağır - VİDEO

Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

“Bayden 350 milyard dolları Ukraynaya konfet kimi paylayıb” - Tramp

“Bayden 350 milyard dolları Ukraynaya konfet kimi paylayıb” - Tramp

İlqar Xəyal verilişlərdəki sirrləri açdı

İlqar Xəyal verilişlərdəki sirrləri açdı

Litvada hərbi xidmət məcburi olacaq

Litvada hərbi xidmət məcburi olacaq

Trampdan İDDİA: “Bitirdiyim bütün müharibələrə görə Nobel mükafatı almalıyam” - VİDEO

Trampdan İDDİA: “Bitirdiyim bütün müharibələrə görə Nobel mükafatı almalıyam” - VİDEO

Restoran "Ukrayna dairəsi"ndəki parkın bir hissəsini terras kimi zəbt edib - İDDİA/VİDEO

Restoran "Ukrayna dairəsi"ndəki parkın bir hissəsini terras kimi zəbt edib - İDDİA/VİDEO

“Zirə” “Neftçi”ni məğlub edib ¼ finala çıxdı - VİDEO

“Zirə” “Neftçi”ni məğlub edib ¼ finala çıxdı - VİDEO

Danimarka Ukraynaya öz ərazisində silah istehsalına İCAZƏ VERDİ

Danimarka Ukraynaya öz ərazisində silah istehsalına İCAZƏ VERDİ

"Bu, bizim acınacaqlı durumumuzdur"

"Bu, bizim acınacaqlı durumumuzdur"

Güclü stress uzunmüddətli fəsadlara səbəb ola bilər - YENİ ARAŞDIRMA

Güclü stress uzunmüddətli fəsadlara səbəb ola bilər - YENİ ARAŞDIRMA

“Rusiya-Ukrayna münasibətlərində vəziyyət heç də sadə deyil” - Tramp

“Rusiya-Ukrayna münasibətlərində vəziyyət heç də sadə deyil” - Tramp

“Xankəndi”dən növbəti QƏLƏBƏ

“Xankəndi”dən növbəti QƏLƏBƏ

XİN-in Naxçıvan İdarəsi LƏĞV EDİLMƏYİB

XİN-in Naxçıvan İdarəsi LƏĞV EDİLMƏYİB

End of content

No more pages to load

RADİO