İtaliya Qarabağla bağlı qətnamə qəbul etdi

Noyabrın 18-də İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.

Həmçinin 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında toqquşmaların başladığı, üç humanitar atəşkəsə baxmayaraq, ən azı 5000 insanın həlak olduğu, infrastrukturlara, yaşayış məntəqələrinə və tarixi dəyəri olan abidələrə böyük ziyan dəydiyi bildirilir.

Qətnamədə 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən dərhal atəşkəsin əldə edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yeni təmas xəttində Rusiya qüvvələrinin yerləşdirilməsinə çağıran Bəyanatın imzalandığı vurğulanır.

Bu xüsusda, İtaliya hökumətindən tərəfləri atəşkəsə və 9 noyabr bəyanatından irəli gələn digər öhdəliklərə əməl etməyə çağırması istənilir.

Qətnamədə, İtaliya hökuməti bütün maraqlı tərəflərə onların nəzarəti altında olan ərazilərə məcburi köçkünlərin geri qayıtması, insan hüquqlarının qorunması, hər bir icmanın kimliyinə, mədəni və dini plüralizmə hörmət edilməsi, tarixi-mədəni irsin bütövlüyü və mühafizəsinin təmin olunması üçün çağırış etməyə dəvət olunur.

Sənəddə, habelə İtaliya hökumətindən ATƏT-in Dağlıq Qarabağ böhranı ilə bağlı fəal rol oynamaqda çətinliklərini nəzərə alaraq, bu qurumun siyasət və mexanizmlərinin səmərəliliyinin yoxlanılmasının zəruriliyi məsələsini ATƏT-in baş qərargahında qaldırmaq, bölgənin sabitləşməsinə və yenidən qurulmasına töhfə vermək üçün Avropa və beynəlxalq institutlar ilə birgə razılaşma əsasında İtaliyanın maksimum öhdəliyini təmin etmək istənilir.

İtaliya və Avropanın enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkən Deputatlar Palatası hökuməti İtaliya və Avropaya bağlanan neft və qaz boru kəmərlərinin enerji nəqlinin müntəzəmliyini təmini məqsədilə region ölkələrinə müraciət etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO