Gürcüstan hökumətin yeni qərarına əsasən, sosial balı 120 001-dən aşağı olan ailələr də sosial yardım ala biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2020-ci ilin 23 may tarixindəki N:332 saylı qərarına edilən dəyişikliklərdə bildirilir.
Sözügedən dəyişiklik 27 iyuldan etibarən qüvvəyə minib.
Qeyd edək ki, bu günədək sosial yardımı 100 001-dən aşağı bala malik olan aztəminatlı ailələrə verilirdi. Yeni qərar isə 120 001-dən aşağı bala malik aztəminatlı ailələrin fasiləsiz sosial yardım almalarını nəzərdə tutur, bu isə sosial yardım alacaq ailələrin sayının artması deməkdir.
Bizim.Media