Ermənistan Müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün səhər təcili Moskvaya uçub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “168․am” nəşri yayıb.
Mənbə yazır ki, səfər zamanı Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
26 iyulda Rusiya Müdafiə Nazirliyi Karapetyan və Şoyqunun telefon danışığı apardığını bildirmişdi. Söhbət zamanı regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Xatırladaq ki, Karapetyan 20 iyul tarixində Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilib.
Əslində, o, hazırda Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edir. Bundan əvvəl Karapetyan Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Bizim.Media