Aparıcı Zümrüd: "Faiq Ağayevə inandım və …”

Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan aparıcı keçmiş sevgilisi ilə baş tutmayan məhəbbətindən və onu ölümlə şantaj etməsindən danışıb: 

“Sevdiyim oğlan qonşumuz idi. Onunla məktəb illərindən universiteti bitirənə qədər sevgili olduq. Daha sonra Rusiyaya getdi. Dedi, qayıdacam, evlənərik. Qayıdanda isə artıq pis vərdişləri var idi. Dəyişib başqa adam olmuşdu. Həm də əvvəlki qədər ona hisslərim yox idi. Həmin vaxt işləyirdim. Atası, anası məni qəbul etmədilər ki, o, aparıcıdır. Bununla belə sevgilim mənə deyirdi ki, mən qoymaram, sən kiminsə olasan. Toyun olsa, mən o toya bomba qoyaram. Zəng edirdi bizə dəfələrlə... Ona görə də qorxaraq yaşayırdım. Hətta bəzən iş yoldaşlarım gətirib məni anama təhvil verirdilər. Qorxduğumdan tək gəzə bilmirdim”. 

Aparıcı keçmiş evliliyindən də danışıb. O, keçmiş həyat yoldaşı ilə ailə qurmasına Xalq artisti Faiq Ağayevin vəsilə olduğunu açıqlayıb: 

“Yeni ulduz” yarışmasında aparıcı işlədiyim dövrlər idi. Bir gün studiyaya çoxlu güllər göndərdilər. Mənə zəng gəldi ki, Rusiyada bir ailə var, məndən yaman xoşu gəlir. Oğlan mənim üçün dəli-divanədir. Atası çox istəyir ki, mən onun gəlini olum. Sadəcə onun Rusiyada yaşamasına bir az narahat oldum və onunla evlənməyi artıq qurtuluş yolu gördüm. 

Sonra fikirləşdim ki, guya sevdim də nə oldu. Tanımadığım adama deyim, gəlsinlər tanış olaq, o, məni əl üstündə saxlayar. 8 mart günü mənə elçi gəldilər. Baxdım ki, oğlan da yaraşıqlıdır. İşi-gücü yerində, normal, ali savadlıdır. Özü də məni sevir, qəbul edir. Mən ona öz həyatımı da danışdım. Onunla evliliyimə vəsilə olan şəxs Xalq artisti Faiq Ağayev idi. Faiq onlarla həm qohum, həm də ailə dostu idi. 

Bir az da Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum. Zəng vurdu, dedi ki, “Zuma, çox gözəl insandırlar”.

Düşünmədən dedim ki, Faiq, onlara de, gəlsinlər, tanış olaq. Bu gün mənim yanımda özüm boyda oğlum varsa, bunu Faiq Ağayevə borcluyam ki, vaxtında ailə həyatı qurmuşam. 6 ayın içində evləndik. Ailə həyatım 9 il çəkdi. Sonra ayrıldıq”. (baku.ws) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elnur Nəsibov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Elnur Nəsibov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Mask dünyanın ilk 500 milyard dollar sərvətə sahib MİLYONÇUSU OLDU

Mask dünyanın ilk 500 milyard dollar sərvətə sahib MİLYONÇUSU OLDU

“Qarabağ" “Kopenhagen"in tarixində ən güclü rəqiblərdəndir” - Yakob Nestrup

“Qarabağ" “Kopenhagen"in tarixində ən güclü rəqiblərdəndir” - Yakob Nestrup

Bu qidalar xərçənq riskini artırır - XƏBƏRDARLIQ

Bu qidalar xərçənq riskini artırır - XƏBƏRDARLIQ

Qızı Gülyanaq Məmmədovanı SEVİNDİRDİ

Qızı Gülyanaq Məmmədovanı SEVİNDİRDİ

Qurban Qurbanovdan qələbə sonrası ilk TƏƏSSÜRATLAR - VİDEO

Qurban Qurbanovdan qələbə sonrası ilk TƏƏSSÜRATLAR - VİDEO

İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ

İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ

Maurinyo “Real”ın üzvünü “Benfika”ya gətirmək İSTƏYİR

Maurinyo “Real”ın üzvünü “Benfika”ya gətirmək İSTƏYİR

Prezidentin sosial şəbəkə hesablarında Mattarella ilə görüşünə dair PAYLAŞIM EDİLDİ - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Mattarella ilə görüşünə dair PAYLAŞIM EDİLDİ - VİDEO

Oyunun ƏN YAXŞISI Elvin oldu - FOTO

Oyunun ƏN YAXŞISI Elvin oldu - FOTO

Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz PARKLANMA - VİDEO

Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz PARKLANMA - VİDEO

Əməkdar artist müalicə üçün Türkiyəyə getdi - VİDEO

Əməkdar artist müalicə üçün Türkiyəyə getdi - VİDEO

“Qarabağ” yenidən TARİX YAZDI - VİDEO

“Qarabağ” yenidən TARİX YAZDI - VİDEO

Rusiya Quterreşdən qurtulmaq istəyir - Seçkilər planlaşdırır

Rusiya Quterreşdən qurtulmaq istəyir - Seçkilər planlaşdırır

"Qarabağ" hesabı artırdı - VİDEO

"Qarabağ" hesabı artırdı - VİDEO

Dünyanın sonunun dəqiq tarixi AÇIQLANDI

Dünyanın sonunun dəqiq tarixi AÇIQLANDI

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya KEÇDİ

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya KEÇDİ

Gəncədə ər boşanmaq istəyən arvadını başından BIÇAQLADI

Gəncədə ər boşanmaq istəyən arvadını başından BIÇAQLADI

"Qarabağ" - "Kopenhagen" oyununda "Şəhidlər ölməz, vətən bölünməz" - VİDEO

"Qarabağ" - "Kopenhagen" oyununda "Şəhidlər ölməz, vətən bölünməz" - VİDEO

Paşinyandan sülh ŞƏRHİ: “Realdır və getdikcə institutlaşacaq”

Paşinyandan sülh ŞƏRHİ: “Realdır və getdikcə institutlaşacaq”

Millimizin baş məşqçisi: “İnanıram ki, kuboku qazanacağıq”

Millimizin baş məşqçisi: “İnanıram ki, kuboku qazanacağıq”

"Qırmızı Körpü"də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri AŞKARLANDI

"Qırmızı Körpü"də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri AŞKARLANDI

QALMAQAL: “Nəfəs keçmişini unutmasın!” - VİDEO

QALMAQAL: “Nəfəs keçmişini unutmasın!” - VİDEO

"Qarabağ" hesabı açdı - VİDEO

"Qarabağ" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO