İyulun 14-də Zəngəzur mahalında Azərbaycana məxsus Qara göl yaxınlığında itkin düşən erməni hərbçilər - Artur Nalbandyan və Aramais Torozyanın axtarışı davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri Ermənistan Müdafiə Nazirliyinə istinadən yayıb.
"Hələ yeni bir şey yoxdur. Rusiya hərbçiləri də bu işdə bizə kömək edir”, deyə Müdafiə Nazirliyi bildirib.
Xatırladaq ki, Rusiya tərəfinin vasitəçiliyi ilə onların Azərbaycan ərazilərində mümkün görünməsi məsələsi Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə müzakirə olunur.
Mənbə onların yanında silahlarının olmadığını deyib.
Bizim.Media