Müğənni Nigar Camal ötən gün paylaşdığı fotolarla müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, sənətçi əvvəlcə çimərlik geyimində şəkillərini yayımlayıb.
Daha sonra gecə paltarında foto paylaşaraq "Gecəniz xeyrə qalsın" şərhini yazıb.
Əksər istifadəçi Nigarı tənqid atəşinə tutub.
Müğənni şərhləri bağlayaraq "Sakitləşin... Şərhləri bağlayıram. Bir saata 500-dən çox şərh gəldi. Bu, sadəcə paltardı. Ötən günlərdə bu paltara reaksiya daha sakit olmuşdu" sözlərini yazıb.
Bizim.Media