Paşinyanın sülh danışığı təklifinin GİZLİ MƏQAMLARI

Seçkilərdən sonra öz siyasi arenasında əvvəldən cızılmış oyunlarını bir-bir həyata keçirən Ermənistanın baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”


Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində Paşinyanın sülh çağırışı böyük bir cəfəngiyatdır.

“Erməni tərəfi son vaxtlar təhdidlə Qarabağın statusu ilə bağlı əsassız tələblər irəli sürürlər. Onların sülh istəklərinin arxasında ən birinci bu şərt dayanır. Digər məsələlərə isə ondan sonra nail olmaq istəyəcəklər. Bu da onu göstərir ki, erməni tərəfinin sülh danışıqlarına hazır olması haqqında bəyanatları özü bir cəfəngiyatdır. Çünki bu tələblə Ermənistanın Azərbaycanla sülh danışıqları aparması qeyri-mümkündür”.

Politoloq həmçinin qeyd edib ki, Azərbaycan tərəfinin sülh sazişinə dair şərtləri hamıya bəllidir.

“Bunun üçün Ermənistan birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks təqdirdə, Ermənistan bir müddətdən sonra yenidən revanşist addım ataraq Azərbaycanın bir hissəsini zəbt etməyə çalışa bilər. Ona görə bu şərtlərlə sülh müqaviləsi haqqında danışmaq boş vədlərdir”.

Poitoloq Tofiq Abbasovun fikrincə isə hazırda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, iddialarından vaz keçməsidir.

O, qeyd edib ki, Azərbaycanın qalibiyyəti Ermənistanın dağıdıcı potensialını sıfıra endirib. 

“Əgər Ermənistan hazırda normal dövlət olmaq istəyirsə, mütləq şəkildə Azərbaycan üzr istəyib, barışığa gəlməlidir. Bundan başqa o Türkiyə Respubikası qarşısında da üzr istəməlidir. Çünki, Ermənistan dəfələrlə onlara qarşı soyqırımı ifadələri ilə çıxış ediblər. Ancaq bu situasiyada itirən erməni xalqının özü olub.  Çünki o zamanında  öz ixtiyarını peşəkar terroristlərə verdi. Robert Köçəryan və Serj Sarkisyanın da adı bu siyahıdadır. Onlar demək olar ki, hakimiyyətdə olduqları müddətdə ancaq özləri qazanıb ətrafında olanları dolandıraraq, xalqı kasıblıq və yoxsulluqla üz-üzə qoydular. Hazırda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, iddialarından vaz keçməsidir. Bundan başqa onlar bundan sonra Azərbaycana qarşı heç bir təxribata getməyəcəyini bəyan etməlidir. Ermənistan artıq bu mərhələyə gəlib çıxmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO