Şimalda bağlanan YOL – Zəngəzur yeganə XİLAS QAPISI kimi

ABŞ Nümayəndələr Palatası “Şimal dəhlizi-2” kəmərinə əlavə sanksiyaların tətbiq edilməsi ilə bağlı düzəlişi təsdiqləyib. Birbaşa Rusiyaya qarşı yönələn qərar iyulun 20-də qəbul olunub.

Qeyd edək ki, ümumi dəyəri 20 milyard dollara yaxın olan “Şimal axını” layihəsinin Rusiya qazını Avropaya çatdırmağa xidmət etməsi nəzərdə tutulur. Sözügedən layihənin 90%-ə qədəri artıq hazırdır. Lakin Ağ Ev ilk günlərdən sözügedən məsələ ilə bağlı narazılığını gizlətməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın dövlət kimi varlığı Zəngəzurdan keçir - AŞKAR SƏBƏBLƏR


Sanksiyaların qəbul olunmasına səbəb olaraq isə Avropanın Kremldən asılılığının güclənməsinə mane olmaq göstərilib.

Vaşinqtonun digər bir məqsədi isə, Ukraynanı maraqlarını müdafiə etməkdir. Belə ki Baltik dənizindən keçən sözügedən layihənin baş tutması rəsmi Kiyevin tranzit gəlirlərinin 90%-ə qədər azalmasına gətirib çıxara bilər.

Ümumilikdə isə, “Şimal Dəhlizi-2”-yə Avropanın da böyük marağı olduğu danılmazdır. Lakin gələcəkdə ABŞ-ın sanksiyalarının daha da güclənməsi ehtimalı da var. Bu isə Avropanın Rusiyaya qarşı mövqe alması və layihənin gözlənilən dərəcədə böyükhəcmli enerji əhəmiyyətinə ağır zərbə vura bilər. Xüsusilə də son dövrdə Qərblə Moskva arasında buzların daha da sərtləşməsi Rusiyanın Avropa qapısının bağlanması ilə nəticələnə bilər.

“Şimal Dəhlizi-2” üçün digər önəmli risk isə, məhz Ukrayna məsələsidir. Əsasən Almaniyanın böyük maraq göstərdiyi layihəyə rəsmi Kiyevin maraqları mane ola bilər. Belə ki, ötən həftə Ağ Evə səfər edən Almaniya Kansleri Angela Merkellə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə hər iki ölkənin NATO-nun şərq tərəfdaşlarına lazımi dəstəyin göstəriləcəyi liderlər tərəfindən dəstəklənmişdi. 

Rusiyanın qapısının bağlanması...

Vəziyyətin bu cür cərəyan etməsi isə, alternativ enerji xətlərinin aktuallaşmasına səbəb olacaq. Son illərdə Avropanın enerji təminatında payı artan Azərbaycanın da sözügedən alternativlərdən biri kimi önəminin artması diqqətdən yayınmamalıdır. Ona görə də, Rusiyanın Avropaya yolunun bağlanması Azərbaycanı Avropa üçün əsas enerji təminatçılarından birinə çevirə bilər.

Eyni zamanda, Avropa İttifaqı Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ölkəmizin eneji əhəmiyyəti ilə bağlı fikirlərinə çıxışı zamanı daha çox yer verməsi də təsadüfi qarşılanmamalıdır.

Bu isə Azərbaycanın Aİ üçün enerji tərəfdaşı kimi nə qədər böyük əhəmiyyətə malik olmasının göstəricisidir.

Qeyd edək ki, Azərbaycan qazını köhnə qitəyə nəql olunmasında əsas marşrutlardan biri olan TAP kəmərinin illik ötürücülük potensialı 20 milyard kubmetrdir. Eyni zamanda, digər önəmli layihə olan TANAP-ın da illik 30 milyard kubmetr ötürmə gücünə malikdir. “Şimal dəhlizi-2” üçün sözgedən rəqəmlər isə 55 milyard kubmetrə bərbərdir. Təbii ki, TAP-ın Cənubi, “Şimal axını”-nın isə Şimali Avropanın qaz ehtiyaclarını təmin etməyə yönəlməsi gerçəyi danılmaz olsa da, Azərbaycanın köhnə qitə ilə enerji tərəfdaşlığı potensialının nə qədər böyük olduğunu göstərməkdə fayda var.

Azərbaycan qazına köhnə qitədə marağın artmasının digər müsbət tərəfi isə ölkəmizə cəlb olunan investisiyaların həcminin böyüməsinə gətirib çıxaracağıdır.

Belə ki, enerjiyə tələbatın artması Azərbaycanda hasilatın  və rezerv ehtiyatların çıxarılmasına səbəb olacaq. Nəticədə isə, nəhəng  enerji şirkətlərinin ölkəmizə olan marağı daha da böyüyəcək. 

Üçüncü qeyd olunmalı məqam isə, ölkəmizin logistik əhəmiyyətinin əhəmiyyətli dərəcədə artacağıdır. Belə ki, Avropanın enerji ehtiyaclarının yalnız Azərbaycan tərəfindən ödənilməsi mümkünsüzdür. Bu səbəbdən də, böyük qaz ehtiyatlarına malik Orta Asiya ölkələrinin də köhnə qitəyə enerji ixracı sürətlə böyüyəcək. Türkmənistan və Qazaxıstan üçün isə öz enerji məhsullarını Avropaya çıxarmaq üçün ən əlverişli marşrut məhz Azərbaycan ərazisindən keçən dəhlizlərdir.

Hazır infrastrukturun olması və məsafə baxımından uyğunluğu sözgedən ölkələrin Azərbaycana yönəlməsinə səbəb ola bilər.

Dördüncü mühüm irəliləyiş isə, Zəngəzur dəhlizinin əhəmiyyətinin təkcə məlum ölkələr tərəfindən yox, bir çox Avropa ölkələri üçün də artmasıdır. Belə ki, daha qısa marşrutla və daha münasib qiymətlərə enerji ehtiyacını təmin etmək arzusu köhnə qitənin münaqişədən sonra Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi və bölgədə kommunikasiya xətlərinin bərpası üçün mühüm faktor ola bilər.

Ümumilikdə isə, həm beynəlxalq arenada, həm də regionda mövcud olan hazırki situasiya Azərbaycanın işıqlı gələcəyinin müjdəsini verməkdədir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

“Tiktoker ərin xanımının yanında hörməti olmayacaq” - VİDEO

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev HƏBS OLUNDU

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Qaradağlı faciəsindən 34 il ötür

Qaradağlı faciəsindən 34 il ötür

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO