ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin (CISA) rəhbəri Kristofer Krebsi vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp twitter səhifəsində paylaşım edib.
ABŞ prezidenti qeyd edib ki, Kris Krebsin 2020-ci il seçkilərinin təhlükəsizliyi ilə bağlı son bəyanatı olduqca qeyri-dəqiq idi.
Amerikalı liderin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.
Bizim.Media