Müğənni Hande Yener bir ildir anasından və sevənlərində gizli saxladığı xəstəliyindən danışıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni bir il əvvəl keçirdiyi xəstəliklə mübarizədən danışıb:
"Özümü yoxlayanda şübhələndim, xəstəxanaya getdim. Mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Öləcəyimi düşündüm. Erkən diaqnozun həyat qurtardığını onda öyrəndim.
Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər. Həkimimlə danışdıqdan sonra motivasiyam dəyişdi. Bir an gəldi və təslim oldum, Allaha qovuşuram deyə, təsəlli tapdım".
Müğənni bu keçirdiyi dönəmin xərçəng qadınlara ümid yeri olmasını istəyir:
"Bilməyən qalmasın istəyirəm. Hər qadın özünü kontrolda saxlamalıdır".
Bizim.Media