MakSim adı ilə tanınan rusiyalı müğənni Marina Abrosimovanın vəziyyəti ağır olaraq qalır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi müğənninin piar-meneceri Yana Boquşevskayaya istinadən yayıb.
"Marina hazırda bir az daha yaxşıdır, amma vəziyyəti ağır olaraq qalır. Süni ağciyər ventilyasiyası aparatından ayrılması barədə hələ söhbət yoxdur" deyə o bildirib.
“Müsbət dinamika barədə danışmaq hələ tezdir”. Boquşevskaya əlavə edib.
Xatırladaq ki, MakSimin koronavirus testinin nəticəsi neqativ çıxıb.
Bizim.Media