ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberger Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirlikdən bildirilir.
Məlumata görə, səfir və Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni əhəmiyyətini, respublikanın məşhur, yüksək keyfiyyətli qida və kənd təsərrüfatı məhsullarını və Naxçıvanın nəqliyyat və turizm sahəsindəki nəhəng iqtisadi potensialını müzakirə ediblər.
Diplomat Naxçıvandan daha çox tələbənin və mütəxəssisin ABŞ mübadilə proqramlarına müraciət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Tərəflər görüşlərini ABŞ və Naxçıvanın təbii gözəlliyini əks etdirən kitab mübadiləsi ilə başa vurublar.
Bizim.Media