Adil Əliyev: “30 illik mifi dağıdan 44 günlük savaş”

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib.  Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub. 

Bizim Media xəbər verir ki, bu sözləri Milli Məclis Sədrinin müavini Adil Əliyev “30 illik mifi dağıdan 44 günlük savaş” məqaləsində yazıb. Məqalədə bildirilib ki, hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik.

Hər  gün bu  xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu  qalibiyyətin  nələrin  hesabına başa gəlməsinin hər kəs fərqində idi.

Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkiliblər.

Məqalədə qeyd olunub ki, bu gün ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider, müharibə meydanında ilk dəfə qalib ordu gördülər.

Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq...

Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə  düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi.

Noyabrın 8-də qəhrəman  əsgər  və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan  azad  etdi. 

Artıq 10 noyabr - xalqımız üçün zəfər bayramıdır, qələbə günüdür.

Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa  da, ölkəsində  ona qarşı etirazlar sürətlə artıb. 

Adil Əliyev məqalədə yazıb ki, Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı  döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb.

Azərbaycanın Dövlət-Ordu-Xalq birliyinin gücü, savaş meydanında  qəhrəmanlıq dastanı yazan oğul  və qızlarının şücaəti düşmənin dünyada  30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı...

Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO