Audiovizual Şuranın növbəti iclası KEÇİRİLDİ

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Şuradan məlumat verilib.

İclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub. Qeyd olunub ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilib, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılıb. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.

İclas zamanı bu kontekstdə "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub.

Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilib.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.


İclas zamanı məsələ diqqətlə müzakirə edilib və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinib. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib.
 

Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilib, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.


Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO