Gürcüstanın paytaxtı Tbilisidə bu günə planlaşdırılan gey-parad ləğv olunub.
Bizim.Media xəbər verir ki, LGTB-yə dəstək üçün “Tbilisi prayd” təşkilatının nəzərdə tutduğu yürüş baş tutmayacaq.
Təşkilatın bəyanatında deyilir ki, “hökumətin addımları göstərdi ki, onlar öz öhdəliklərini yerinə yetirmək istəmir.
Hakimiyyətin müvafiq tədbirlər görməməsi insanların həyat və sağlamlıqlarını təhlükə altında qoyduğu üçün yürüş keçirilməyəcək, amma bizim mübarizəmiz davam edəcək”.
Buna baxmayaraq, hazırda Rustavelli prospektində insanlar toplaşıb və dağılışmaq istəmirlər.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanda LGTB və “Tbilisi prayd”a etiraz edənlər təşkilatın ofisinin eyvanına qalxaraq LGTB bayrağını yandırıb. Həmçinin LGTB tərəfdarlarının Gürcüstan parlamentinin önündəki çadırları dağıdılıb.
Bizim.Media