Tovuzda yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun M. Musayev küçəsində qeydə alınıb.
Qəza zamanı hərkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Zərərçəkən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu