Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) 07.10.2025-ci il tarixində saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Naibə Məmmədova, Bizim.Media