Ucarda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu