Qanunsuz sərnişin daşımalarına qarşı REYD: 18 nəqliyyat vasitəsi saxlanıldı - FOTO

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

Bu barədə Bizim.Media-ya AYNA-dan bildirilib.
 

Qeyd edilib ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

 

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər.

Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar "AYNA" informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mikayıl Cabbarovdan Dövlət Bayrağı Günü ilə bağlı paylaşım - VİDEO

Mikayıl Cabbarovdan Dövlət Bayrağı Günü ilə bağlı paylaşım - VİDEO

İdmançılarımız bu gün İslamiadada 6 növdə çıxış edəcəklər

İdmançılarımız bu gün İslamiadada 6 növdə çıxış edəcəklər

"Qarabağ" bu gün "Neftçi" ilə üz-üzə gələcək

"Qarabağ" bu gün "Neftçi" ilə üz-üzə gələcək

Mehriban Əliyevadan Dövlət Bayrağı Günü münasibətilə PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Dövlət Bayrağı Günü münasibətilə PAYLAŞIM - FOTO

"Xpeng" hava taksisini təqdim etdi - VİDEO

"Xpeng" hava taksisini təqdim etdi - VİDEO

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - FOTO

Messinin komandası ilk dəfə MLS-də pley-off seriyasını qazandı - VİDEO

Messinin komandası ilk dəfə MLS-də pley-off seriyasını qazandı - VİDEO

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

Aşağı zəkanın əlaməti sayılan 4 VƏRDİŞ

Aşağı zəkanın əlaməti sayılan 4 VƏRDİŞ

Xoşbəxtlik üçün pul xərcləmək lazım deyil

Xoşbəxtlik üçün pul xərcləmək lazım deyil

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıdı - FOTO

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıdı - FOTO

Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

Üçrəngli Azərbaycan Bayrağı azad səmalarda dalğalandıqca qəlbimizə qürur gətirəcək

Üçrəngli Azərbaycan Bayrağı azad səmalarda dalğalandıqca qəlbimizə qürur gətirəcək

Millimiz mübarizəni DAYANDIRDI

Millimiz mübarizəni DAYANDIRDI

"Buna görə xəstə kimi olmuşdum"

"Buna görə xəstə kimi olmuşdum"

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

End of content

No more pages to load

RADİO