Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

Makiyaj yalnız gözəlliyi vurğulamaq üçün deyil bəzi hallarda sağlamlıq üçün təhlükə də yarada bilər.

Bizim.Media bu 5 riski təqdim edir:

1. Ağıryüklü metallarla çirklənmə

Kosmetik vasitələr bəzən arsen, xrom, qurğuşun, kadmium və civə ilə çirklənmiş ola bilər. Bu maddələr - dəri vasitəsilə sorula bilər, böyrək funksiyalarını poza bilər, reproduktiv və koqnitiv pozğunluqlara, hətta xərçəng riskinin artmasına səbəb ola bilər. Hətta kiçik, lakin mütəmadi təsir də sağlamlığa mənfi təsir göstərə bilər.

2. Kosmetik akne

Tonallı krem, rumyana, konsiler, həmçinin bəzi saç və dəri məhsulları kosmetik akne yarada bilər. Bu səpkilər - kiçik komedonlar və sızanaqlarla özünü göstərir, hormonal dövrlərlə əlaqəli deyil.

Müalicə üsulu problemli məhsulları dayandırmaq və dermatoloqun məsləhət gördüyü xüsusi müalicədən keçməkdir.

3. Allergik reaksiyalar

Kosmetik vasitələr kontakt allergik dermatit, fotoallergik dermatit və kontakt qızartı yarada bilər. Ən çox allergiya yaradan komponentlər ətirlər və konservantlardır.

Simptomlar:

qızartı, qaşınma, iltihab (1-3 gün ərzində),

günəş işığı ilə təmasda reaksiya,

sürətli yaranan səpgilər və ürtiker.

Diaqnoz üçün patç-testlər tövsiyə olunur.

4. Mikrob çirklənməsi və infeksiyalar

Makiyaj fırçaları və süngərləri stafilokok, göbələk, E. coli kimi patogenlər toplaya bilər, akne, dəri qıcıqlanması, abseslər yaradar, sistemli infeksiyalar, göz problemlərinə (arpacıq, konjonktivit, buynuz qişada cızıqlar) səbəb ola bilər. Belə ki, alətlər mütəmadi təmizlənmədikdə risk daha da artır.

5. Hormonal balansın pozulması

Kosmetik vasitələrdəki bəzi maddələr endokrin sistemi pozur. Bunlara daxildir: triklozan, parabenlər, ftalatlar.

Bu maddələr metabolik problemlər, reproduktiv pozğunluqlar və immun sistemində dəyişikliklərlə əlaqələndirilir. Makiyaj seçərkən sertifikatlı və təhlükəsiz məhsullara üstünlük vermək, alətləri mütəmadi dezinfeksiya etmək və məhsulların istifadə müddətinə diqqət etmək vacibdir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəkil vəfat etdi: Vətən müharibəsi iştirakçısı olub - FOTO

Vəkil vəfat etdi: Vətən müharibəsi iştirakçısı olub - FOTO

Ərdoğan: “Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir:

Ərdoğan: “Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir:

Balıkesirdə yenə zəlzələ oldu

Balıkesirdə yenə zəlzələ oldu

Hacıqabulda 2 QƏZA - Yaralılar var

Hacıqabulda 2 QƏZA - Yaralılar var

“Yaşma” – Azərbaycanın qüruru və düşmənin səssiz qorxusu

“Yaşma” – Azərbaycanın qüruru və düşmənin səssiz qorxusu

Hərbi analitik: “Bakıda keçirilən unikal parad göstərdi ki, Azərbaycan Ordusu regionun elitasıdır”

Hərbi analitik: “Bakıda keçirilən unikal parad göstərdi ki, Azərbaycan Ordusu regionun elitasıdır”

Bankların “qara siyahısına” salınan kriptobiznesmen həlak oldu

Bankların “qara siyahısına” salınan kriptobiznesmen həlak oldu

62 il əvvəlki kabus GERİ QAYIDIR – Dünya yenidən dağıdıcı böhranın ASTANASINDA

62 il əvvəlki kabus GERİ QAYIDIR – Dünya yenidən dağıdıcı böhranın ASTANASINDA

Belçika XİN rəhbərinin təyyarəsi təcili eniş etdi

Belçika XİN rəhbərinin təyyarəsi təcili eniş etdi

Pavel Durovun dostu həyat yoldaşı ilə birgə Dubayda qətlə yetirildi

Pavel Durovun dostu həyat yoldaşı ilə birgə Dubayda qətlə yetirildi

“Atletiko” bu futbolçu üçün təklif göndərdi

“Atletiko” bu futbolçu üçün təklif göndərdi

Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq

Vətən müharibəsinin qazisi: "Calal Arutyunyan bizi öz bölməsi kimi qələmə verdi" - VİDEO

Vətən müharibəsinin qazisi: "Calal Arutyunyan bizi öz bölməsi kimi qələmə verdi" - VİDEO

Azərbaycanlı kriminal avtoritetin qətl sifarişinə görə daha 2 nəfər TUTULDU

Azərbaycanlı kriminal avtoritetin qətl sifarişinə görə daha 2 nəfər TUTULDU

Pərviz Qasımov Dünya çempionu oldu - FOTO

Pərviz Qasımov Dünya çempionu oldu - FOTO

Ərəb ölkələri ABŞ-ın planını RƏDD ETDİ

Ərəb ölkələri ABŞ-ın planını RƏDD ETDİ

Qülləyə çıxan 18 yaşlı gənc xilas edildi - VİDEO

Qülləyə çıxan 18 yaşlı gənc xilas edildi - VİDEO

Türkiyə futbolunda qanunsuz mərc: Yüzlərlə futbolçu dindiriləcək

Türkiyə futbolunda qanunsuz mərc: Yüzlərlə futbolçu dindiriləcək

Mahir Emreli uzun müddətdən sonra meydana çıxdı

Mahir Emreli uzun müddətdən sonra meydana çıxdı

Ukraynaya dron hücumu: Azərbaycanlı polis həlak oldu

Ukraynaya dron hücumu: Azərbaycanlı polis həlak oldu

Dağıstanda helikopter qəzasında ölənlər rəhbər şəxslərdir

Dağıstanda helikopter qəzasında ölənlər rəhbər şəxslərdir

DTX Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi - VİDEO

DTX Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi - VİDEO

Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq - FOTO

Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq - FOTO

Ərəb mənşəli KƏND ADLARI dəyişdirilir?

Ərəb mənşəli KƏND ADLARI dəyişdirilir?

End of content

No more pages to load

RADİO