Tramp administrasiyası Demokratların başcılıq etdiyi ştatlar üçün vəsaiti dondurdu

Donald Tramp administrasiyası Demokratların başcılıq etdiyi ştatlar üçün 26 milyard dollar vəsaiti dondurub.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, məqsədyönlü proqramlara Konqresdə iki aparıcı Demokratın yaşadığı Nyu-Yorkdakı tranzit layihələri üçün 18 milyard dollar, Kaliforniya və İllinoys da daxil olmaqla onların nəzarətində olan 16 ştatda yaşıl enerji layihələri üçün 8 milyard dollar vəsait daxildir.

Bu arada, vitse-prezident Cey Di Vens xəbərdarlıq edib ki, “şatdaun” bir neçə gündən çox davam edərsə, administrasiya federal işçilərin ixtisarına davam edə bilər.

Bu addımlar açıq şəkildə nümayiş etdirir ki, Donald Tramp hökumətin “şatdaunundan” siyasi rəqiblərini cəzalandırmaq və ABŞ Konstitusiyası əsasında Konqresə həvalə edilmiş 7 trilyon dollarlıq federal büdcə üzərində nəzarətini genişləndirmək üzrə öz təhdidlərini yerinə yetirmək niyyətindədir.

ABŞ prezidenti çərşənbə günü axşam “Truth Social”da bunla bağlı yazıb: “Milyardlarla dollara qənaət etmək olar”.

ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ABŞ Konqresindəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaları nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsidir. Onlar bir-birini “şatdaunu” təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Bu, 1981-ci ildən bəri hökumətin fəaliyyətini dayandırması ilə bağlı 15-ci haldır və onun nəticəsində elmi tədqiqatlar, maliyyə nəzarəti, ətraf mühitin təmizlənməsi və bir sıra digər fəaliyyətlərdə fasilələr yaranır.

Təxminən 750 min federal işçiyə işləməmək əmri verilib, hərbçilər və sərhəd-patrul agentləri maaş almadan işə başlayırlar. Veteranların İşləri Departamenti milli qəbiristanlıqlarda dəfnləri təmin edəcəyini, lakin baş daşları qoymayacağını və ya qazon biçməyəcəyini bildirib.

Donald Trampın başçılıq etdiyi Respublikaçılar Senatda 53-47 səs çoxluğuna sahibdirlər, lakin xərcləmə qanun layihələrini qəbul etmək üçün tələb olunan 60 səs baryerini aşmaq üçün onlara ən azı yeddi Demokratın dəstəyi lazımdır.

Qeyd edək ki, 35 gündən çox davam edən ABŞ hökumətinin fəaliyyətinin ən uzunmüddətli dayandırılması Donald Trampın birinci dövründə - 2018-2019-cu illərdə baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO