Uzaq Şərqdə gərginlik PİK HƏDDƏ – Çin müharibə hazırlıqlarına START VERDİ

Xəbər verdiyimiz kimi, ABŞ kəşfiyyatı Çinin Tayvana hücuma hazırlaşdığını iddia edib. Belə ki, ABŞ hərbi kəşfiyyatının “məxfi hesabatı”nda Çin ordusunun Tayvana müdaxilə planları ilə bağlı yeni məlumatlar yer alıb.

Məlumata görə, Pekin bu məqsədlə ölkənin kommersiya bərə donanmasını sürətlə genişləndirir. Xüsusilə bəzi gəmilərin tankların daşınması və amfibiya əməliyyatlarında iştirakı üçün modifikasiya olunduğu bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Çindən ABŞ-a XƏBƏRDARLIQ: Tayvan məsələsindən istifadə etmək hüququ yoxdur


Çinin Tayvanla bağlı hərbi əməliyyata başlaması, əvvəlcə MKİ tərəfindən 2027-ci ilə proqnozlaşdırılandan daha yaxın görünür. 

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan üzü bəri Çinin də mövcud vəziyyətdən istifadə edərək, Tayvana müdaxilə edəcəyilə bağlı fikirlər səslənir. Hətta bir müddət tərəflər arasında müəyyən gərginlik də yaşandı.

Düzdür, bu gərginlik hələlik müharibəyə gətirib çıxarmayıb. Amma görünən odur ki, Pekin adanı yenidən özünə qatmaqda israrlıdır və bunun üçün də əlverişli məqamı gözləyir. ABŞ isə Tayvanı ayrıca dövlət kimi tanımasa da, Çinin ora hücum edəcəyinə imkan vermyəcəyini dəfələrlə bəyan edib. Çinin də indiyə qədər məsələyə son qoya bilməməsinin kökündə məhz ABŞ amili dayanır. Çünki ABŞ-ın Tayvanı tək buraxacağı ağlabatan deyil. Belədə isə müharibəyə başlamaqla Pekin birbaşa olmasa da, dolayısı ilə Vaşinqtonla toqquşmalı olacaq.

Lakin buna rəğmən Çinin addımları onun Tayvan məsələsinə son qoymaqda israrlı olduğuna işarə edir. 

Daha bir müharibə ocağı alovlana bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, mövcud durumda Çinlə Tayvan arasında olmaqla yeni bir müharibə ocağının alovlanması ehtimalı sıfıra bərabərdir:

“Çin Tayvan məsələsində israrlıdır, amma hələlik tələsmir. Görünən odur ki, hələlik prosesdə yalnız təzyiq elementlərindən istifadə edilir. Çin Tayvana nəzarəti bərpa etməkdə israrlıdır. Onun addımları da buna hesablanıb. Bununla yanaşı, hələlik real müharibə ehtimalı yoxdur.


Çin məsələdə tələsmir. Onlar hazırda məsələni çözmək üçün gözləmə mövqeyi tutaraq, əlverişli məqam tapmaqla məşğuldurlar. Hazırda isə belə bir məqam yetişməyib. Ona görə də proses sadəcə olaraq, hazırlıqlar üzərində qurulub. Tayvan uğrunda bilavasitə hərbi əməliyyatlara başlamağa isə Pekin tələsməyəcək”.

Rüfət Sultan, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tbilisidə yürüş KEÇİRİLİR: “Bu gün hakimiyyət xalqın əlinə keçəcək” - VİDEO

Tbilisidə yürüş KEÇİRİLİR: “Bu gün hakimiyyət xalqın əlinə keçəcək” - VİDEO

Ucarda piyadanı maşın vuraraq öldürdü

Ucarda piyadanı maşın vuraraq öldürdü

Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 uğurla BAŞA ÇATDI

Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 uğurla BAŞA ÇATDI

Ölkə ərazisində külək güclənəcək - Sarı XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - Sarı XƏBƏRDARLIQ

ABŞ miqrant yeniyetmələrə ölkədən çıxmaq üçün pul TƏKLİF ETDİ

ABŞ miqrant yeniyetmələrə ölkədən çıxmaq üçün pul TƏKLİF ETDİ

MDB Oyunları: Azərbaycanın güllə atıcısı gümüş medal qazandı

MDB Oyunları: Azərbaycanın güllə atıcısı gümüş medal qazandı

Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

Xankəndidəki III MDB Oyunlarında polisin fasiləsiz xidmətindən görüntülər - FOTO/VİDEO

Xankəndidəki III MDB Oyunlarında polisin fasiləsiz xidmətindən görüntülər - FOTO/VİDEO

Qandonduran OLAY - Bir ailənin üç üzvü 22-ci mərtəbədən yıxılaraq ölüb

Qandonduran OLAY - Bir ailənin üç üzvü 22-ci mərtəbədən yıxılaraq ölüb

Cənubun turizm incisi - Sım kəndindən FOTO

Cənubun turizm incisi - Sım kəndindən FOTO

Ana 16 yaşlı oğlunu "əzabdan qurtarmaq üçün" öldürdü

Ana 16 yaşlı oğlunu "əzabdan qurtarmaq üçün" öldürdü

Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Əlisəmid Kür reanimasiyaya YERLƏŞDİRİLDİ

Əlisəmid Kür reanimasiyaya YERLƏŞDİRİLDİ

73 yaşlı İbrahim Tatlısesdən ŞOK sevgi etirafı

73 yaşlı İbrahim Tatlısesdən ŞOK sevgi etirafı

Yüzlərlə müəllim təltif edildi - ƏMR

Yüzlərlə müəllim təltif edildi - ƏMR

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Yeməkdən sonra niyə yuxumuz gəlir?- SƏBƏB BİLİNDİ

Yeməkdən sonra niyə yuxumuz gəlir?- SƏBƏB BİLİNDİ

Texnologiyada QADIN SƏSİ - Marketinq aləti, yoxsa gender tələsi?

Texnologiyada QADIN SƏSİ - Marketinq aləti, yoxsa gender tələsi?

Sumqayıtda FACİƏ - Sürücü sükan arxasında həyatını itirdi

Sumqayıtda FACİƏ - Sürücü sükan arxasında həyatını itirdi

Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Rusiya sərnişin qatarını ATƏŞƏ tutdu - Xeyli sayda yaralı var

Rusiya sərnişin qatarını ATƏŞƏ tutdu - Xeyli sayda yaralı var

Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır

Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır

Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub

Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub

End of content

No more pages to load

RADİO