Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Sınaq nəticəsində “Rekord-2022” MMC-yə məxsus 1 nümunədə (“Rekord” əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus 2 nümunədə (“Chipsim Kabab” əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, “Chipsim Tomat” əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər.

Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir.

Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər.

Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır.

Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 boksçumuz finala çıxdı - 2-si bürünc medal qazandı - FOTO

4 boksçumuz finala çıxdı - 2-si bürünc medal qazandı - FOTO

Üzgüçülərimiz İslamiadada 2-ci medal qazandılar

Üzgüçülərimiz İslamiadada 2-ci medal qazandılar

Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

Qurban Qurbanov: "Çox vacib bir qələbə qazandıq"

Qurban Qurbanov: "Çox vacib bir qələbə qazandıq"

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi UDUZDU

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi UDUZDU

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür

Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür

Ehsan süfrəsində 94 nəfər zəhərləndi

Ehsan süfrəsində 94 nəfər zəhərləndi

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya daha çox ballistik raketlərdən istifadə edir

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya daha çox ballistik raketlərdən istifadə edir

SON DƏQİQƏ: Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir

SON DƏQİQƏ: Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir

Sabah maqnit qasırğası olacaq

Sabah maqnit qasırğası olacaq

Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Bakının elit məkanında baş verənlər: Reper, tiktoker və bloqerlər nələrlə məşğuldurlar? - VİDEO

Bakının elit məkanında baş verənlər: Reper, tiktoker və bloqerlər nələrlə məşğuldurlar? - VİDEO

"Formula-1": Braziliya Qran-prisinin qalibi bəlli oldu

"Formula-1": Braziliya Qran-prisinin qalibi bəlli oldu

ABŞ Ukraynaya silah satışını dayandırdı

ABŞ Ukraynaya silah satışını dayandırdı

Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Paradda nümayiş olunan hərbi texnikalarımızın hansı xüsusiyyətləri var? - VİDEO

Paradda nümayiş olunan hərbi texnikalarımızın hansı xüsusiyyətləri var? - VİDEO

2 kilometr sonra Ermənistandır - VİDEO

2 kilometr sonra Ermənistandır - VİDEO

Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ" hücumçu axtarışındadır"

Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ" hücumçu axtarışındadır"

Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi

Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi

Gəncədə 16 yaşlı məktəbli bıçaqlandı

Gəncədə 16 yaşlı məktəbli bıçaqlandı

End of content

No more pages to load

RADİO