“Avropa Birliyi Ermənistanı epidomoloji təhlükəsiz bölgə olaraq tanıdı və Ermənistan vətəndaşlarının Avropa Birliyi məkanına COVİD-19 pasportu olmadan gəliş-gedişinə icazə verdi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa səsləndirib.
“Açıq-aşkar himayəçilik buna deyərlər. Hər bir məsələdə dəstəklərini əsirgəmirlər. Türkiyə, Azərbaycan kimi ölkələrə qoyulan məhdudiyyətlərlə bunu müqayisə belə etməyə dəyməz.
Ancaq ermənilər sizi COVİD-19-a deyil, təkrar faşizmə yoluxduracaqlar. Buraxın gəlsinlər, bu xəstəliyə təkrar yoluxandan sonra yenə də 20-ci əsrin ortalarında olduğu kimi, başınıza-gözünüzə döyəcəksiniz”, deyə Milli Məclisin üzvü qeyd edib.
Bizim.Media