Türkiyə universitetlərinin rektorları Qarabağ Universitetində - FOTO

Xankəndi şəhərində səfərdə olan Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu nümayəndə heyəti Qarabağ Universitetində olub.

Universitetdən Bizim.Media-ya bildirilib ki, ziyarət çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov nümayəndə heyəti ilə görüşüb.

Qarabağ Universitetinin inzibati heyət üzvlərinin də iştirak etdikləri görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ş.Bayramov Qarabağ Universitetinin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri və regional ekosistemin inkişafındakı potensial rolu barədə ətraflı məlumat verib.
 

Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin birillik fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb və qardaş Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.


Nümayəndə heyəti üzvləri Azərbaycan–Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi ali təhsil müstəvisində də möhkəmlənməsinin vacibliyini vurğulayıblar. Qısa müddət ərzində Qarabağ Universitetində əhəmiyyətli dərəcədə inkişafı görməkdən məmnun olduqlarını bildirən Türkiyə universitetlərinin rektorları davamlı və sıx əməkdaşlığa hər zaman açıq olduqlarını ifadə ediblər.

Sonra əməkdaşlığın potensial istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, qısamüddətli və uzunmüddətli dövrlərdə əməkdaşlıq imkanları dəyərləndirilib, konkret əməkdaşlıq təkliflərinə dair ilkin razılıq əldə edilib.
 

Daha sonra, nümayəndə heyəti Qarabağ Universitetinin əsas tədris binasında, tələbə yataqxanalarında, İncəsənət fakültəsində, Qarabağ Universitetinin Klinikasında, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda yaradılmış şəraitlə tanış olub və burada tətbiq olunan müasir ali təhsil proqramlarının məzmunu barədə ətraflı məlumat əldə edib.


Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli təmsil olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” bu futbolçu ilə RAZILIĞA GƏLDİ

“Neftçi” bu futbolçu ilə RAZILIĞA GƏLDİ

Arı sancdı – HƏYATINI İTİRDİ

Arı sancdı – HƏYATINI İTİRDİ

Yalnızlığı sevən DÖRD BÜRC – Onlar niyə insanlardan qaçırlar?

Yalnızlığı sevən DÖRD BÜRC – Onlar niyə insanlardan qaçırlar?

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə İŞIQLANDIRILDI – VİDEO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə İŞIQLANDIRILDI – VİDEO

Gələn il üçün BÜDCƏ PROQNOZU – Ən çox gəlir bu sahədən ƏLDƏ OLUNACAQ

Gələn il üçün BÜDCƏ PROQNOZU – Ən çox gəlir bu sahədən ƏLDƏ OLUNACAQ

DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO

DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO

Ən çox işıq “yeyən” cihazlar – SİYAHI

Ən çox işıq “yeyən” cihazlar – SİYAHI

"Kuruluş Osman"ın aktyoru yeni serialda - Foto

"Kuruluş Osman"ın aktyoru yeni serialda - Foto

İmişlidə hamilə qadın doğuş zamanı vəfat etdi

İmişlidə hamilə qadın doğuş zamanı vəfat etdi

Salyanda AĞIR QƏZA: Sükan arxasında yuxulayan sürücü həyatını itirdi

Salyanda AĞIR QƏZA: Sükan arxasında yuxulayan sürücü həyatını itirdi

Ən çox “Grammy” mükafatı qazanmış sənətçilər – SİYAHI

Ən çox “Grammy” mükafatı qazanmış sənətçilər – SİYAHI

Şəmkirdə dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Şəmkirdə dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Bakıda AİLƏ FACİƏSİ - 69 yaşlı kişi arvadını baltaladı

Bakıda AİLƏ FACİƏSİ - 69 yaşlı kişi arvadını baltaladı

Ötən il İranda 60 minə yaxın insan BU SƏBƏBDƏN ölüb

Ötən il İranda 60 minə yaxın insan BU SƏBƏBDƏN ölüb

Bərdədə hamamda meyiti tapılan nənə və nəvənin ÖLÜMÜNÜN TƏFƏRRÜATI

Bərdədə hamamda meyiti tapılan nənə və nəvənin ÖLÜMÜNÜN TƏFƏRRÜATI

Gündə 3 fincandan artıq qəhvə içənlərə XƏBƏRDARLIQ

Gündə 3 fincandan artıq qəhvə içənlərə XƏBƏRDARLIQ

Hərbi MODERNİZASİYA – Zəfər Günü paradında hansı yeni texnikalar nümayiş ETDİRİLDİ?

Hərbi MODERNİZASİYA – Zəfər Günü paradında hansı yeni texnikalar nümayiş ETDİRİLDİ?

Azərbaycan Müdafiə Nazirliyi Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım etdi

Azərbaycan Müdafiə Nazirliyi Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım etdi

Paşinyan revanşistləri İFŞA ETDİ – Köçəryan və Sarkisyan hansı planı HAZIRLAMIŞDI?

Paşinyan revanşistləri İFŞA ETDİ – Köçəryan və Sarkisyan hansı planı HAZIRLAMIŞDI?

Zelenskinin müsahibəsi zamanı iki dəfə elektrik kəsildi – VİDEO

Zelenskinin müsahibəsi zamanı iki dəfə elektrik kəsildi – VİDEO

Avtomobildə sıxılı qalan 22 yaşlı gənc belə xilas edildi – ANBAAN VİDEO

Avtomobildə sıxılı qalan 22 yaşlı gənc belə xilas edildi – ANBAAN VİDEO

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

Belçikada gecə HƏYƏCANI: 3 dron Atom Elektrik Stansiyası üzərində…

Belçikada gecə HƏYƏCANI: 3 dron Atom Elektrik Stansiyası üzərində…

İndi alınan avtomobil 2026-ci ildə ölkəyə gələrsə, aksiz dərəcələri necə HESABLANACAQ? – VİDEO

İndi alınan avtomobil 2026-ci ildə ölkəyə gələrsə, aksiz dərəcələri necə HESABLANACAQ? – VİDEO

End of content

No more pages to load

RADİO