Xalq artisti Zümrüd Məmmədova pandemiya ilə bağlı qadağadan sonra ilk toy edənlərdən olub.
Bizim.Media xəbər verir ki, xanəndənin qızı İlahənin toyundan "Elgizlə izlə" proqramı görüntülər yayımlayıb.
Toyda bir çox məşhur incəsənət nümayəndələri iştirak ediblər.
Z.Məmmədov kürəkəni Elvinin mərhum aktyor Fərman Şəkilinin oğlu olduğunu deyib. Elvin Abdullayev özü də rejissor kimi fəaliyyət göstərir.
Bizim.Media