ADNSU-nun məzun şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib – FOTO

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzində Energetika fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin açılışında çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova iştirakçıları salamlayaraq kitab barədə ətraflı məlumat verib. 

O bildirib ki, əsər iki hissədən ibarətdir: birinci hissə “Teymur Turan” adlanır və şəhidə həsr olunmuş şeirlər, esse və məqalələri əhatə edir. İkinci hissə isə “Teymurlu xatirələr” adlanır və Teymur Rəsulovun ailə üzvlərinin, döyüş yoldaşlarının, müəllimlərinin və yaxın dostlarının xatirələrini özündə birləşdirir.

Tədbirdə çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova şəhidlərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb. 

O qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər ordumuzun gücünü və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. N.Əmirbəyova bildirib ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin suverenliyi ilə ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
 

Müşavir əlavə edib ki, universitetimizin məzunu olan Teymurun döyüş yolunu və Vətən sevgisini tələbələrə çatdırmaq bizim borcumuzdur. Teymur Rəsulov kimi qəhrəman övladlarımız bu günkü azadlığımızın və sabahımızın təminatçısıdır. Onların xatirəsi daim uca tutulacaq, adları gələcək nəsillərə örnək olacaq.


Tədbirdə şəhidin atası Yavuz Rəsulov və ailə üzvləri də çıxış edərək qəhrəman övladları haqqında xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Elektroenergetika kafedrasının müdiri, dosent Sevinc Mirzəyeva, Energetika fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Tural Əliyev və Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva da çıxış edərək şəhidin qəhrəmanlığından danışıblar.

Onlar vaxtilə tələbələri olmuş Teymur Rəsulovun təhsil illərindən, nizam-intizamı və vətənpərvərliyi ilə seçilməsindən söz açaraq xatirələrini bölüşüblər.

Təqdimat zamanı ADNSU tələbələri Azər Bədəlov və Fərda Babayev hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO