“Hazırda Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə yaxınlaşır”.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil üzrə Agentliyin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tələbələr əsasən, Türkiyə, Orta Asiya, Avropa və Ərəb Əmirliklərindəndir. Yerli tələbələr kimi əcnəbi tələbələr də bir çox qrant proqramlarindan yararlana bilirlər.
Bunlardan ən böyüyü də Heydər Əliyev adına olan qrantdır. Bunun sayəsində əcnəbi tələbələr Azərbaycanın aparıcı universitetlərində təhsil ala bilirlər. Eləcə də azərbaycanlı tələbələr təqaüd proqramları və dövlət proqramları sayəsində xarici ölkələrlə təhsil almaq imkanı qazanırlar.
Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim Media