“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

İnnovasiya və sürət lideri “Bakcell” regionun ən mühüm texnoloji tədbiri – “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində “Bakcell”in Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim olunacaq.

Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək.

Bundan əlavə, sammit zamanı iştirakçılar “Bakcell”in stendində şirkət tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.  

“Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı inkişaf və korporativ məsuliyyət strategiyası çərçivəsində innovasiya və süni intellekt sahəsində genişmiqyaslı fəaliyyətini davam etdirir.

"PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge" İnnovasiya Sammiti 29-30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Bu ilki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar. 

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.
 

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.


"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO