Rusiya Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”ni AXTARIR

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi “Rosreyestr” və “Rosimuşestvo” regional idarələrinin keçmiş əməkdaşı Boris Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. O, məhkəmə binasından qaçıb.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Avaqyan hazırda Bolşoy prospektdəki Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha bir neçə nəfərə qarşı cinayət işi 2024-cü ilin aprelindən məhkəmədədir. Ümumilikdə 21 nəfər təqsirləndirilir.

43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, mühafizəçilərdən siqaret çəkmək üçün icazə istəyib və sonra gözdən itib. Məlumata görə, Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınıb, baxmayaraq ki, diplomatik nümayəndəlik özü bunu təsdiqləməyib.

Avaqyanın özü isə Faktİnfo-ya bildirib ki, Sankt-Peterburqdakı konsulluqdadır.
 

Baş Prokurorluq Avaqyan və daha bir neçə şəxsə qarşı ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrük rüsumlarını ödəməkdən yayınmaqda ittiham olunan cinayət işini Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinə göndərib.


Keçmiş məmur ilk dəfə 2016-cı ilin iyulunda Moskvada qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. O, ev dustaqlığına buraxılıb, lakin Ermənistana qaçıb və cinayət təqibindən Rusiya İstintaq Komitəsinə şikayət edib.

“Armİnfo”nun məlumatına görə, Avaqyan Ermənistanda qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb (sonuncu vəzifəni 2021-ci ilin aprelinə qədər tutub).

Rusiyada o, Sankt-Peterburq ticarət limanı üçün gömrük broker firmasının baş direktoru olub.

2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin (Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətin Sankt-Peterburq idarəsinin tərkibində) rəis müavini olub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Tramp Portlendə Milli Qvardiya göndərə bilməyəcək - Qadağa qoyuldu

Tramp Portlendə Milli Qvardiya göndərə bilməyəcək - Qadağa qoyuldu

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Almaniya Müdafiə Nazirliyi: Müharibə vəziyyətində deyilik

Almaniya Müdafiə Nazirliyi: Müharibə vəziyyətində deyilik

Rusiyalı milyarderin keçmiş həyat yoldaşı alt paltarı ilə FOTOSUNU paylaşdı

Rusiyalı milyarderin keçmiş həyat yoldaşı alt paltarı ilə FOTOSUNU paylaşdı

Bu gün Ajans.az xəbər portalının 1 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 1 yaşı tamam olur

Bərdədə pendir sexində partlayış: 65 yaşlı kişi öldü

Bərdədə pendir sexində partlayış: 65 yaşlı kişi öldü

İsrail ordusu Qəzzadan geri çəkilir - Münaqişə sona çatır?

İsrail ordusu Qəzzadan geri çəkilir - Münaqişə sona çatır?

Sabah külək güclənəcək, çiskin olacaq

Sabah külək güclənəcək, çiskin olacaq

5 uşaqdılar, hamısı təhsildən yayındırılıb - VİDEO

5 uşaqdılar, hamısı təhsildən yayındırılıb - VİDEO

Evlənənlərin YAŞ FƏRQİ - Qadın kişidən böyük olanda niyə QINANILIR?

Evlənənlərin YAŞ FƏRQİ - Qadın kişidən böyük olanda niyə QINANILIR?

Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu - FOTO

Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

III MDB oyunları: Qəbələdə polis fasiləsiz rejimdə çalışır - FOTO-VİDEO

III MDB oyunları: Qəbələdə polis fasiləsiz rejimdə çalışır - FOTO-VİDEO

44 günlük müharibədə Şəkinin ilk şəhidin anım günüdür

44 günlük müharibədə Şəkinin ilk şəhidin anım günüdür

Rusiyada həbs edilən İbrahim Suleymanovla bağlı YENİ DETALLAR üzə çıxdı

Rusiyada həbs edilən İbrahim Suleymanovla bağlı YENİ DETALLAR üzə çıxdı

Qusarda 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçdi - FOTO

Qusarda 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçdi - FOTO

Nazir müəllimləri təbrik etdi

Nazir müəllimləri təbrik etdi

Gəncəyə ikinci raket hücumundan 5 il ötür

Gəncəyə ikinci raket hücumundan 5 il ötür

Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

Bakıda yanğın oldu

Bakıda yanğın oldu

Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - XƏSARƏT ALAN VAR - VİDEO

Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - XƏSARƏT ALAN VAR - VİDEO

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

İllik gəliri 250 min avrodan yuxarı olan vətəndaşlara PİS XƏBƏR

İllik gəliri 250 min avrodan yuxarı olan vətəndaşlara PİS XƏBƏR

End of content

No more pages to load

RADİO