Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

Mövsüm başa çatmasa da kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə artır. Halbuki ötən aylarda fermerlərin davamlı şikayətini eşidirdik ki, “məhsul sahədə qalıb, alan yoxdur”. Bununla paralel  mərkəzi şəhərlərin iri marketlərində həmin məhsulların qiyməti əl yandırır.

Maraqlıdır ki, supermarketlərdə təqdim olunan meyvə-tərəvəzlərin çoxu xaricdən gətirilir. Bu da yerli istehsalı daha da sıxışdırır.

Ona görə də ortaya belə bir sual çıxır: Sahədə alıcısı olmayan məhsul marketlərdə niyə “od qiyməti”nə satılır? Yaxud mövsüm başa çatmamış kənd təsərrüfatı məhsulları niyə bu qədər bahadır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, fermerlərin iri bazarlara və iri şəhərlərə çıxış imkanlarının məhdud olması bir neçə istiqamətdə problem yaradır:

“Fermer məhsulunu əlverişli qiymətə sata bilmədikdə istehsala həvəsi kəskin azalır. Kiçik fermerlər yalnız kənd daxili tələbatı ödəməklə məhdudlaşır və məhsulun artığını satmaqda çətinlik çəkirlər. Bu isə həm istehsalın həcminin, həm də keyfiyyətinin artmasına mane olur. Halbuki kəndlərdə təbii şəraitdə yetişdirilən məhsulların hamısı orqanikdir.

Nəzərə alaq ki, orqanik məhsullar adətən daha yüksək qiymət kateqoriyasına aiddir. Lakin fermer 200-300 kiloqramlıq məhsulunu iri bazarlara çıxara bilmir. Süni əngəllər fermerin təşəbbüslərini yarımçıq qoyur. Nəticədə iri şəhərdəkilər orqanik məhsuldan, fermersə gəlirdən məhrum olur.

Ən pisi də odur ki, orqanik məhsullar ya ümumiyyətlə bazara çıxmır, ya da adi məhsullar kimi dəyərləndirilərək ucuz satılır. Bu isə orqanik istehsalı səmərəsiz edir və fermerlərin bu istiqamətdə maraqlarını azaldır. Üstəlik bazar xarici meyvə-tərəvəzlə dolur. Bu da bir tərəfdən aqrar sektoru geri aparır, digər tərəfdən külli miqdarda vəsait xaricə axır”.

Müsahibimiz onu da qeyd edib ki, orqanik məhsulların bazara çıxışı üçün ölkəmizdə kifayət qədər imkan var:

“Qeyd etməliyik ki, son 25 ildə bütün regionlarda iri soyuducu anbarlar inşa edilib. Həmin anbarların bir çoxu bu gün istənilən səviyyədə fəaliyyət göstərmir. Çünki sifarişçi azdır.

Bu gün müəyyən təşəbbüslərlə bu problemləri aradan qaldırmaq olar. Məsələn, heç də hər bir fermerin soyuducu anbarda icarəyə yer götürmək imkanı yoxdur. Lakin dövlət bu işi öz üzərinə götürə bilər. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları hesabına fermerlərdən bütün növ məhsullar müvafiq qiymətə alınıb, həmin soyuducu anbarlara vurula bilər. Bir müddət sonra həmin məhsulları rahatlıqla iri marketlərə çıxartmaq olar. Bunun hesabına da həm şəhər sakinləri münasib qiymətə orqanik məhsullar əldə edə bilər, həm də fermerlər ziyandan sığortalanmış olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

"Gülümsəyən" avtomobil satılır – FOTO

"Gülümsəyən" avtomobil satılır – FOTO

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

End of content

No more pages to load

RADİO