“Kərə yağı” adı ilə yediyimiz zəhər

Son zamanlar bazarlarda və marketlərdə satılan yağ məhsullarının tərkibi ilə bağlı narahatlıqlar artıb.

İdxal olunan bəzi yağların tərkibinə əlavə qatqılar vurulduğu və bu məhsulların mağazalarda satışa çıxarıldığı iddia olunur.

Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə apardığı monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlamaması isə cəmiyyətdə sualları və narahatlığı daha da artırır.

Bəs belə halların artmasının səbəbləri nədir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə ki, bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır: "Yağ məhsullarına qatqı əlavə edilərək bazarlarda və marketlərdə satılması bir neçə səbəbdən qaynaqlana bilər. Satıcılar və ya istehsalçılar maya dəyərini aşağı salmaq üçün ucuz qatqılar (bitki yağları, marqarin, palma yağı və s.) əlavə edərək məhsulu “Kərə yağı” adı ilə baha satmağa çalışırlar. Bu, ənənəvi fırıldaqçılıq formasıdır və əsas məqsəd daha çox gəlir əldə etməkdir.

Alıcıların keyfiyyətli yağ ilə qatqılı yağı fərqləndirmə qabiliyyəti zəifdir ki, bu da satıcılara fürsət yaradır. Bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır. Dövlət qurumları bazarlarda, marketlərdə və istehsal müəssisələrində yağların tərkibini laboratoriya şəraitində dövri olaraq yoxlamalıdır".

Onun sözlərinə görə, alıcılar keyfiyyətli yağı seçmək baxımından məlumatlı olmalıdı:

"Qatqı əlavə edib yağ satıldığı aşkarlanan istehsalçı və satıcılar üçün yüksək maliyyə cərimələri və lisenziya məhdudiyyətləri tətbiq olunmalıdır.

Hər bir yağ məhsulunun istehsalçısı, istehsal tarixi, tərkibi və sertifikatı qablaşdırmada aydın şəkildə göstərilməli və elektron sistemlər vasitəsilə izlənilməlidir. Media və sosial şəbəkələr vasitəsilə alıcılara saxta və qatqılı yağları necə tanımaq barədə məlumat verilməlidir".

Ekspert qeyd edib ki, problem nəzarət zəifliyi və sui-istifadədən yaranır:

"Böyük market şəbəkələri və istehlakçı birlikləri üçün müstəqil keyfiyyət test laboratoriyalarının fəaliyyətinə şərait yaradılmalıdır. Yəni problem həm qazanc məqsədli sui-istifadədən, həm də nəzarət mexanizmlərinin zəifliyindən qaynaqlanır. Ən optimal həll yolu dövlət nəzarətinin sərtləşdirilməsi ilə yanaşı, istehlakçıların da məlumatlılığının artırılmasıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

"Gülümsəyən" avtomobil satılır – FOTO

"Gülümsəyən" avtomobil satılır – FOTO

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

End of content

No more pages to load

RADİO