Antiterror şəhidinin atası: “Yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər” – FOTO

Bu gün Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatının 2-ci ili tamam olur. Şəhid hərbçilərimizdən biri də Mirəli Mirfəttah oğlu Təhməzovdur.

Şəhidimizin atası Mirfəttah Təhməzov Bizim.Media-ya müsahibəsində onunla bağlı danışıb.

- Mirfəttah bəy, övladınızla ən son nə zaman ünsiyyətiniz oldu? Son danışığınızda nələrdən danışmışdınız?

- Şəhid olmamışdan qabaq - sentyabrın 5-də telefonla danışdıq. Dedi, 9-da məzuniyyətə gələcəyəm. Elə söhbətimiz ancaq bu haqda oldu. Məzuniyyətə gəlməsini gözləyirdik, gəlmədi.

- Bildiyim qədərilə şəhid olmadan öncə sizə məktub da yazıb.


- Bəli. Bu məktubu da Zaur Baxşəliyevin verilişinə göndəriblər, heç bilmirəm kim göndərib. Gedib götürəndə xəttindən tanıdım. Elə özünə də həmişə deyirdim ki, bu xəttini özündən başqa heç kim oxuya bilməz. Məktubda yazmışdı ki, məktub gəlib sizə çatsa, deməli, mən artıq həyatda deyiləm.

Amma mən bu məktubu gözləmirdim. İnanmırdım, belə olacaq. Allaha çox arxayın idim. Onu Allaha əmanət eləmişdim. Deyirdim, ay Allah, uşağı sənə əmanət eləmişəm, səndən də alacağam. Adətən camaat övladı hərbi xidmətdən gələndə qurban kəsir, amma mən gedəndə qurban kəsdim ki, ilahi, qurbanı indidən kəsirəm ki, sən mənə borclu ol, mən sənə borclu olmayım. Amma Allah mənə borclu qaldı...


- Çətin də olsa, bu sual verirəm. Antitteror başlayan zaman belə xəbər alacağınızı düşünürdünüzmü? Adətən şəhid valideynləri deyir ki, ya yuxuda görmüşdüm, ya ağlıma gəlmişdi ki, övladım şəhid olacaq. Sizdə heç belə düşüncə olmuşdumu?


- Oğlum xidmətdə olanda yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər. Əslində mən yeriyə bilmirəm, amma yuxuda görürəm ki, yeriyirəm. Deyirəm, bu hansı anası ölmüşün ayağıdır mənim ayağıma tikmisiniz? Görürəm, tikilən ayağın üstündə Təhməzov Mirəli yazılıb. Yuxudan durdum, dəli oldum. Tədarükü görüb aprelin 27-də Şəmkirə getdim. Onu sağ-salamat gördüm, görüşdüm. Bizim ən sonuncu görüşümüz də elə bu oldu.

Dedim, ilahi, birdən ağlından keçər balamı öldürərsən, nəbadə. Ona nə eləsən, hamısını mənə elə. Ona heç nə etmə. Burada tanınmış 4 məscidin 4-də də qurban kəsəcəkdim. Dedim, ilahi, lazımdırsa, məni də qurban elə, balama dəymə. Aprelin 27-i evə gəldim, mayın 1-i qəzaya düşdüm. Ayaqlarımın hər ikisi və sağ əlim sındı. Amma mən üzülmədim, sevinirdim ki, Allah məni eşitdi, məni oğluma qurban elədi. Amma baş aça bilmirəm ki, məni belə etmişdisə, oğlumu niyə əlimdən aldı?!


- Siz yəqin bu yuxuya görə onun şəhid xəbərini də gözləməmisiniz...


- Maşınımı düzəltdirdim, aparıb salona verəcəkdim, onun arzuladığı maşınla dəyişəcəkdim. Elə maşını 19-u günü yudurtmağa verdim. Həmin günün axşamı da elə bu xəbər gəldi... İnanmırdım, çünki Allaha əmanət etmişdim...

- Arzu demişkən, uşaqlıqdan reallaşdırmaq istədiyi nə arzuları var idi?

- Onun maşınlara çox həvəsi var idi və arzusu “BMW” idi. Ona da elə bu arzusuna görə F10 sifariş vermişdim. Öz maşınımı satıb bu marka ilə dəyişəcəkdim. Gəlib görəcəkdi ki, onun üçün onun sevdiyi maşını almışam. Uşaqlıqdan dünyanı gəzmək istəyirdi. Ona görə də gəmi kapitanlığını oxuyurdu. Qismət olmadı... Öləcəyimi səbrsizliklə gözləyirəm ki, Allaha sual verim, bu, nə zülmdür ki mənə elədin?! Mən ki belə gözləmirdim...


Məlumat üçün bildirək ki, Təhməzov Mirəli Mirfəttah oğlu 2004-cü il noyabr ayının 28-də Cəlilabad rayonunda anadan olub. O, orta təhsilini Cəlilabad rayon 2 saylı tam orta məktəbində alıb.  

M.Təhməzov ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin “Gəmi sürücülüyü” ixtisasının tələbəsi olub.

Mirəli Təhməzov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mirəli Təhməzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimiz 4 övladın ilki olub.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Allah rəhmət eləsin!












Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanla Qazaxıstan münasibətlərinə YENİ SƏHİFƏ - “Yaşıl dəhliz”in PERSPEKİTVLƏRİ

Azərbaycanla Qazaxıstan münasibətlərinə YENİ SƏHİFƏ - “Yaşıl dəhliz”in PERSPEKİTVLƏRİ

Azərbaycana sığınacaq almaq üçün gələn qaçqınların sayı açıqlanıb

Azərbaycana sığınacaq almaq üçün gələn qaçqınların sayı açıqlanıb

Şirniyyat qutularında gizlədilən dərmanlar aşkar edilib - FOTO

Şirniyyat qutularında gizlədilən dərmanlar aşkar edilib - FOTO

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

Bakının bu küçəsində mikromobillik zolağı təşkil edilir – FOTO

Bakının bu küçəsində mikromobillik zolağı təşkil edilir – FOTO

Bananı günlərlə təzə saxlayan SADƏ SİRR

Bananı günlərlə təzə saxlayan SADƏ SİRR

Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?

Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?

Şəbnəmə bu mahnını oxumağa görə 50 min manat verdilər

Şəbnəmə bu mahnını oxumağa görə 50 min manat verdilər

Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq

Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq

"Napoli" - "Qarabağ" oyununun biletləri satışa çıxarıldı - FOTO

"Napoli" - "Qarabağ" oyununun biletləri satışa çıxarıldı - FOTO

Ət alanlara ŞAD xəbər - QİYMƏT ENDİ

Ət alanlara ŞAD xəbər - QİYMƏT ENDİ

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

"WhatsApp"da yenilik - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da yenilik - Kontaktda olmayan adam mesaj yazanda...

Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”

Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”

Dünyanın ən uzun məsafəli uçuşu üçün hazırlanmış təyyarə təqdim olunub

Dünyanın ən uzun məsafəli uçuşu üçün hazırlanmış təyyarə təqdim olunub

Pambıqla dolu yük avtomobili AŞIB - FOTO

Pambıqla dolu yük avtomobili AŞIB - FOTO

128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi

128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi

Dünyada pulla bağlı bu proses gözlənilir - Deputat açıqladı

Dünyada pulla bağlı bu proses gözlənilir - Deputat açıqladı

Bu ayın ən şanslı dörd bürcü: sevgi, pul, şöhrət…

Bu ayın ən şanslı dörd bürcü: sevgi, pul, şöhrət…

İnfarkt riskini yarıbayarı azaldan ŞOK VASİTƏ

İnfarkt riskini yarıbayarı azaldan ŞOK VASİTƏ

Ev quşları bahalaşdı - VİDEO

Ev quşları bahalaşdı - VİDEO

Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub

Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub

“Qızların 9-cu sinifdən çıxarılması erkən nikah riskini artırır” - İcbari təhsil 11 illiklə ƏVƏZLƏNİR?

“Qızların 9-cu sinifdən çıxarılması erkən nikah riskini artırır” - İcbari təhsil 11 illiklə ƏVƏZLƏNİR?

Qazaxın işğaldan azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib?

Qazaxın işğaldan azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib?

End of content

No more pages to load

RADİO