Qədim Ədilovun məhkəməsində QALMAQAL

Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasa Qədim Ədilovun vəkili Ramin Qocayev qatılmayıb.
 

Vəkilin iclasa növbəti dəfə gəlməməsi zərərçəkənlərin kəskin etirazına səbəb olub. Prokuror da zərərçəkənlərin mövqeyini haqlı sayaraq, vəkilin gələcəkdə proseslərə qatılmaması halında onun barəsində ölçü götürülməsini tələb edib.


Bundan başqa, Qədim Ədilovun məhkəmənin aparılması qaydası ilə bağlı hakimə dedikləri həm zərərçəkənlərin, həm də prokurorun etirazına səbəb olub. Zərərçəkənlər müttəhimin fikirlərinin göstəriş xarakterli olmasına kəskin reaksiya veriblər. Hakim, vəkilin prosesdə iştirak etməməsini əsas gətirərək iclası oktyabrın 9-a qədər təxirə salıb.

Qeyd edək ki, Qədim Ədilov təxminən 30 Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə 17 vətəndaş Baş Prokurorluğa müraciət edib və Ədilov tərəfindən aldadılaraq vəsaitlərinin mənimsənildiyini bildiriblər. Həmin cinayət işi araşdırıldığı bir vaxtda o, Gəncə sakini Nəsrulla Cəfərovun etibarından sui-istifadə edib. Ona məxsus milyonlarla dəyəri olan asfalt zavodunu guya satmaq adı ilə etibarnamə ilə öz adına keçirib, sonra isə zavodu Nəsrulla Nəzərovdan xəbərsiz 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Bundan əlavə, zərərçəkənin onminlərlə manat nağd pulunu da ələ keçirib.
 

2022-ci ildə isə Qədim Ədilov Anar Məmmədov və onun tərəfdaşlarının etibarından istifadə edib. Onlardan 612 min manat aldıqdıqdan sonra əvvəlcə Türkiyəyə, daha sonra Rusiyaya qaçıb. İnterpolun xətti ilə axtarışa verilən Ədilov 2024-cü ilin fevralında Rusiyanın Kaluqa vilayətində saxlanılıb.


Onun həbsinə səbəb zərərçəkən Xaləddin Yusibovun Rusiya DİN-ə rəsmi müraciəti olub. Cəmi beş gün sonra Ədilov müəyyən edilərək həbs edilib və həmin ilin oktyabrında Azərbaycana təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

End of content

No more pages to load

RADİO