“Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Aralıq dənizinin şərqində nə işiniz var?”
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Sakaryada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunu deyənlər ya dünyadan xəbərsizdir, ya da düşmən qılıncını çəkir. Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Aralıq dənizinin şərqində də varıq və olacağıq”- deyə o qeyd edib.
Ərdoğan iyulun 20-də Şimali Kipr Türk Respublikasına səfər edəcəyini də açılqayıb.
Bizim.Media