“Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini belə İZAH ETDİ

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb. Lissabonda “Benfika” U-19 komandasına qarşı matçda Azərbaycan təmsilçisi 1:7 hesabı ilə uduzub.

Bizim.Media xəbər verir ki, “Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev Portuqaliyadakı qarşılaşma haqda fikirlərini klubun saytına açıqlayıb:

“Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 45 dəqiqədə futbolçularımızda həyəcan daha çox hiss olunurdu.

Bu da ilk dəfə belə turnirdə oynamaları ilə bağlı idi. Bu səviyyəli yarışlardakı təcrübədə rəqiblə aramızda fərq hiss olunurdu. Oyuna yaxşı başlaya bilmədik. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Futbolçular start həyəcanını aşa bilmədilər. Fasilədə məşqçilər tərəfindən edilən dəyişikliklər və verilən tapşırıqlar ikinci hissədə özünü göstərdi. Üstünlük yenə rəqibdə olsa da, komandamız daha intizamlı və dəqiq oynamağa çalışdı.

“Benfika” böyük hesabla qalib gəlsə də, ikinci hissəni bərabər bitirə bildik. Düşünürəm ki, futbolçular və məşqçilər bu matçdan çox şey qazandı. Belə təcrübələr onlara müsbət təsir edə bilər. Bu səviyyəli görüşlər nə qədər çox olsa, gənc oyunçuların inkişafına daha çox təsir edəcək”.

Aftandil Hacıyev rəqib barədə də fikirlərini bildirib:
 

“Benfika” haqda geniş məlumat toplamağa çalışdıq. Portuqaliya klubu bu yaş qrupunda üç heyətə malikdir. Onların hansı futbolçulara üstünlük verəcəyi matç saatına qədər bəlli deyildi. İspaniyadakı turnirdən yeni qayıtmışdılar. İki gün əvvəl keçirdikləri çempionat qarşılaşmasını da izləmişdik. Heyətlərində dəyişikliklər də var idi. Daha təcrübəli futbolçuları meydana buraxmışdılar.


Onlar Gənclər Liqasına çox ciddi yanaşırlar. “Benfika” bir dəfə qazandığı kuboku yenidən əldə etməyi hədəfləyib, çempionluq üçün mübarizə aparır. Belə rəqiblə qarşılaşma gələcəkdə bizə faydalı olacaq. Klubun akademiyasında gördüklərimiz də bizim üçün yaxşı təcrübə oldu. “Benfika” Avropanın ən yaxşı akademiyalarından birinə malikdir. Akademiyada olan şərait, sistem uzun illərdir qurulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

End of content

No more pages to load

RADİO