“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər. 

Məlum olduğu kimi, 2025-ci ilin aprel ayında Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olundu və bir çox saxta diplom ləğv olundu. Buna baxmayaraq, qanunsuz fəaliyyət halları yenə də aşkarlanır. 

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” bu problemlərlə bağlı Səhiyyə Nazirliyinin estetik, plastik və rekonstruktiv cərrahiyyə üzrə ekspertlerinin fikirlərini öyrənib.

Uzman həkimlər -  Adil Cümşüdov, Dilqəm Məmmədov, Vüqar Ələkbərov, Taleh Qasımov açıqlamalarında “Hansı həkimlər estetik əməliyyat edə bilər? sualını belə cavablandırıblar: 

“İxtisas üzrə sertifikasiya imtahanına daxil olub Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Plastik cərrahiyyə şəhadətnaməsi almayan heç bir həkimin estetik əməliyyat etmək hüququ yoxdur. Bu, Səhiyyə Nazirliyinin də qanunları ilə təsdiqlənib. Heç kim ağızdan-ağıza gəzən sözlərə aldanmasın. Heç bir ümumi cərrahın estetik əməliyyat etməyə hüquqi əsası yoxdur. Eyni zamanda burun xaricində üzün müxtəlif nahiyələrində estetik əməliyyat aparan LOR həkimləri də bu əməliyyatları qanunsuz icra edir. Əgər fəsadlaşmış xəstələr şikayət edərsə, bu həkimlər və çalışdığı müəssisələr ciddi cərimələrə və hüquqi müstəvidə cəzalara məruz qalacaqlar”. 

Bəs plastik cərrahiyyə şəhadətnaməsi olmayan şəxslər haqqında hansı tədbirlər görülür? 

Həkimlərin sözlərinə görə, əgər bir xəstədə estetik əməliyyatdan sonra fəsadlaşma baş veribsə, onun şikayət etmək hüququ var: 

“Şikayət zamanı həkimin plastik cərrahiyyə üzrə sertifikasiya şəhadətnaməsi olmadığı aşkarlanarsa, birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Ekspertlər tərəfindən verilən rəydə səlahiyyəti olmadan xəstə üzərində aparılan əməliyyat qəsdən insan yaralamaq olaraq dəyərləndiriləcək”. 

Səhiyyə Nazirliyi bu ilin aprel ayında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını açıqlayıb.

Orada, həmçinin “*” ilə işarəli maddədə cərrahlar tərəfindən icra olunan əməliyyatların da siyahısı yerləşdirilib. Həkimlər qeyd olunan məsələlərə də aydınlıq gətiriblər: 

“Əslində bu Səhiyyə Nazirliyi tərəfindən ədalətli və incə düşünülmüş bir qərardır. Qanun maddəsinin açıqlamalı izahı - bəzi xarici dövlət universitetlərində rezidentura təhsilini bitirdikdən sonra 2 və ya 3 illik rəsmi universitet proqramı ilə təhsil alaraq bəzi ümumi cərrahlar qarın vəya süd vəzidə aparılan estetik əməliyyatı öyrənirlər. Bu təcrübə də o həkimlərə süd vəzi xərçəngi əməliyyayları zamanı və ya qarın bölgəsi yaralanmalarında əl tutur. Bu ümumi cərrahlar həmin rəsmi sənədi Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiqlədib təqdim etməlidirlər. 
 

Əks halda, heç bir ümumi cərrah estetik əməliyyat edə bilməz. Bu qanun maddəsində eyni zamanda LOR həkimlərinə də yer verilib. Amerikada 1-2 universitetdə rezidentura təhsili sonrası 2-3 illik yüksək ixtisas keçərək üzdə bəzi estetik əməliyyatlar etmək hüququ qazana bilərlər. Bu da baş-boyun bölgəsinin xərçəngi zamanı cərrahiyyə əməliyyatlarında onlara yardımçı olur.


Yenə həmin rəsmi sertifikat TKTA tərəfindən təsdiq olunmalıdır. Əks halda, etdiyi estetik əməliyyata görə cinayət məsuliyyəti daşıyacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

End of content

No more pages to load

RADİO