“Məsciddə yığılan pullarla müğənnilərə qızıl alınıb” – Aparıcı sirləri açdı

Şou-biznes dünyasında son vaxtlar müğənnilərin efirə çıxarkən qızıl zinət əşyalarını nümayiş etdirməsi müzakirələrə səbəb olub. Tamaşaçılar belə nümayişkarlığın düzgün olub-olmadığını, xüsusilə də iqtisadi çətinliklərin yaşandığı bir vaxtda bunun cəmiyyətə necə təsir göstərdiyini sual altına alırlar.

Tamaşaçının diqqəti sənətə, yoxsa zinətə yönəlməlidir?

Bizim.Media xəbər verir ki, tanınmış aparıcı Amil Xəlil məsələ ilə bağlı “yenisabah.az”a açıqlama verib.

“Təəssüf ki, belə hallar var və müğənni özü də buna şərait yaradır. Reklam arasında aparıcılara deyir ki, mən də budur, bu deyil, bundan danış. Belə söhbətləri toylardakı qiymətləri qaldırmaq üçün edirlər. Əsasən həmin müğənnilər efirdə deyirlər: “Mən 10 mindən aşağı toya getmirəm”. Elə Təranə xanım da, Musa bəy də 10-15 min manata toya gedirlər. Məqsəd isə qiymətləri qaldırmaqdır. İnsanlar da elə başa düşürlər ki, onlar həqiqətən bahalıdır. Necə ki, həkim bizə deyəndə: “Səndə heç nə yoxdur”, biz düşünürük ki, bu, yaxşı həkim deyil. Amma həkim 4-5 səhifəlik resept yazanda deyirik ki, bu, yaxşı həkimdir, vaxt ayırdı, problemi tapdı. Halbuki insanda o qədər də ciddi problem olmur.  

Bu şəraiti müğənni özü yaradır, sonra isə aparıcılar da bilərəkdən sosial şəbəkələrdə yayırlar.

Maraqlıdır ki, təhqirə də yol açılır və bu, bəziləri üçün reytinq hesab olunur. Açıq desəm, bəziləri üçün təhqir reytinq deməkdir. Qoy insanlar yazsın, müzakirə etsin, qıcıqlansın – bu da onların baxılması, oxunması deməkdir. Halbuki o ziynət və qızıl əşyalarını qazandıran xalqın özüdür. Dəfələrlə belə hallar olub, siz özünüz də şahid olmusunuz. Efirdə deyirlər ki, heç kimə dəxli yoxdur. Halbuki “heç kim” dedikləri elə tamaşaçının özüdür. Axı tamaşaçılar onları bu yerə gətirib. Necə olur ki, tamaşaçını təhqir edirlər?”

Aparıcı deyib ki, tamaşaçı da qəribədir, onu təhqir edən müğənniyə yenə də baxır, onu toya dəvət edir:

“Əgər tamaşaçılar birləşsəydilər, deyərdilər ki, kifayət qədər müğənni var, niyə bizi təhqir edənləri dəvət edək? Azmı qazilərimizi, şəhid ailələrimizi təhqir edənlər olub? Çıxıb üzr istəyirlər, azacıq da pul xərcləyirlər bəzi yerlərə, sonra məsələ unudulur. Bizim ən böyük problemimiz unutqanlıqdır. Bu, yalnız şou-biznesə aid deyil. Biz türk milləti olaraq çox unutqanıq. Elə bil ki, üç gün əvvəl baş verən hadisə sanki olmayıb.

Əvvəllər müğənnilər evlərini, yataq otaqlarını, hətta alt paltarlarını belə aparıcılara çəkdirirdilər.

Halbuki həmin verilişlər canlı yayım deyildi, istəsəydilər, kəsdirə bilərdilər. İstəsəydilər, deyərdilər: “Mənim otağımı, paltarımı göstərməyə ixtiyarınız yoxdur”. Amma etmirdilər. Çünki tamaşaçı televiziya mətbəxini bilmir, elə güman edir ki, hər şey canlıdır. Əslində isə müğənni istəsə, həmin yerlər efirə getməzdi. Canlı yayımlarda qızıl və ziynət məsələləri də öncədən planlaşdırılır. Müğənni deyə bilər ki, “bu barədə danışma”, hətta montajda kəsdirə bilər. Amma demirlər, çünki zəngin görünmək istəyirlər. 

Həmin müğənnilər efirdə ər-arvad davaları ilə gündəmə gəlirlər, amma sonra elə abır-həya dərsi keçirlər ki, adam təəccüblənir. Əvvəllər gündəmə gəlmək üçün “filankəs həci mənə qızıl aldı” deyənlər indi belə sözü eşidəndə adamı məhkəməyə verirlər. Amma reallıq budur ki, doğrudan da alıblar. Hətta elə hallar olub ki, məscidlərdən yığılan pullarla müğənnilərə qızıl göndərilib”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yumurta BAHALAŞACAQ?

Yumurta BAHALAŞACAQ?

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

End of content

No more pages to load

RADİO