Prezident: “Azərbaycanda neft sektoru artıq üstünlük təşkil etmir”

“Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edərkən Azərbaycan Televiziyasına verdiyi müsahibəsi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoydu - FOTO


“Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir.

Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir.

Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”, deyə Azərbaycan lideri qeyd edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Çində yeni il başladı

Çində yeni il başladı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Bərdədə yük avtomobili piyadanı vurdu

Bərdədə yük avtomobili piyadanı vurdu

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

End of content

No more pages to load

RADİO