İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoydu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycanda neft sektoru artıq üstünlük təşkil etmir”


Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. 

Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.

İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub.

Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.

Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. 

Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoyub. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Çində yeni il başladı

Çində yeni il başladı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Bərdədə yük avtomobili piyadanı vurdu

Bərdədə yük avtomobili piyadanı vurdu

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

End of content

No more pages to load

RADİO