Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi – FOTO

Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş şəxslər eyni məkanda fəaliyyət göstərəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib.
 

Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi - avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi üçün yaradılıb.


Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.

Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb.

Belə layihələrin bölgədə xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.

Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.
 

Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.


Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri mərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədə avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval xidmətlərinin göstərilməsinə də başlanacaq.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Millimiz yarımfinalda UDUZDU

Millimiz yarımfinalda UDUZDU

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

End of content

No more pages to load

RADİO