Ermənistanda hələ də II Qarabağ müharibəsindəki itkilərin sayı dəqiqliklə açıqlanmayıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ermənistan mətbuatına müsahibəsində “Aramo” terrorçu dəstəsinin komandiri Aram Torqomyan bəzi etiraflar edib.
O bildirib ki, Ermənistan 44 günlük müharibə dövründə sadəcə ölülərin sayı baxımından hökumətin açıqladığı rəqəmlərdən iki dəfə çox itki verib.
“Müharibə dayananda Zəngəzurun müxtəlif yerlərində tam şəkildə erməni hərbçilərin cəsədləri ilə dolmuş “Spayk” şirkətinə məxsus soyuducular dayanırdı. Paşinyanın bildirdiyi kimi üç yox, doqquz mindən çox itkimiz var”, - deyə A.Torqomyan vurğulayıb.
Bizim.Media