“Bunun nəslində kişi yoxdur, çıxsın desin ki, bu uşaqları haradan doğdun?”

Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qadın müğənnilərdir. Bir-birinə baxaraq, həvəslənən, ard-arda plastik, estetik əməliyyatlar üçün bıçaq altına yatan şou-biznes nümayəndələri əksər hallarda cəmiyyətin qınağına tuş gəlirlər.

Bizim.Media xəbər verir ki, ən əsası isə bədənşəkilləndirmə əməliyyatından çıxaraq, dar, cazibədar libasda səhnəyə atılan ifaçıların bəzi davranışları, qonaqlara bədən fiquralarını nümayiş etdirmələri birmənalı şəkildə kəskin tənqid hədəfinə çevrilib.

Bəs bu qədər qınağa rəğmən onları şənliklərə, toy məclislərinə çağıran kimlərdir?
 

Müğənni Afət Fərmanqızı “Yeni Sabah”a açıqlamasında deyib ki, əgər insanlar belə məsələləri tənqid edirsə, alqışlayır, nəhayət ki, ayılıblar:


“Mən bununla bağlı bir cümlə deyəcəm. Ümumiyyətlə, sözüm konkret kiməsə deyil, amma ümumi danışıram ki, hər ailə özünün əxlaqına uyğun müğənniyə qulaq asır. Kim necədirsə, onun əxlaqına da o cür müğənni uyğun gəlir. Ona görə də zövqlər müxtəlifdir. Kimin əxlaqı necədirsə, müğənnisi də o cürdür.

Məsələn, mən heç o bədən şəkilləndirməni də kənara qoyuram. Ən müqəddəs gündə ailələrində xeyir-duanı kim verir? Başqasının ərindən “bicdoğan”. Qız-qız ərə getməyib ata evində, bir qardaş, ata, nə bilim, nəslində kişi yoxdurmu, çıxsın desin ki, sən bu uşaqları haradan doğdun? Ədəb-ərkanla ərə getmədin, telli-duvaqlı ərə getmədin.

Bilirsən, qardaşın altına maşını qoyur, cibinə pulu qoyur, danışa bilmir. Namus-qeyrəti kənara atır, görməzdən gəlir.

Bax, bundan danışmaq lazımdır. Yerdən qalxan qızlara da pis nümunədir, pis örnəkdir. Bir balaca çətinə düşən kimi dərs oxuyub normal təhsil alıb, yaxşı bir müəllimə, yaxud həkim olmaq əvəzinə görürsən ki, müğənnilərin sayı günü-gündən artır. Niyə? Asan qazanc yoludur. Deyir, gedib bədən şəkilləndirəcəm, bir evli kişi tapacam, bəzilərinin yolu ilə gedəcəm, sonra uşaq doğub həmin uşaqlarla şantaj edəcəm. Deyəcəm ki, bu uşaqları hara buraxırsan? Bax, belə yollarla əllərində saxlayırlar.

Mən isə tam əksinə istəyərdim sizdən – yazın ki, onlar 6 min dollara, 10 min dollara toya gedirlər. Onları toya aparan kimdir? Elə özlərinə layiq adamlar. Halbuki bizim səhnədə o qədər əxlaqlı müğənnilər var ki… Vallah, mən utanıram müğənni olduğumu deməyə. Əgər belə davam edərsə, özümə başqa iş quracam və səhnədən gedəcəm. Çünki belə əxlaqsız, belə bicdoğanların ucbatından sənətimiz dəyərdən düşür.
 

Bizim vaxtımızda belə şey eşidilməzdi. 10 ildən bir olardı ki, filankəsin qızı ərə getmədən ata evində hamilə qaldı, pıçıltı ilə danışardılar və ona heç kim salam verməzdi. İndi isə bunu efirdən təbliğ edirlər. Sosial şəbəkələrdə gözümüzə soxurlar. Niyə?”


Müsahibimiz onu da qeyd edib ki, həmin kəslərə görə artıq öz sənətindən utanmağa başlayıb:

“Şəxsən mən, müğənni olduğumu deməyə bəzilərinə görə utanıram. Axı bu sənət gözəl sənətdir. Bu sənətdə nümunəvi xanımlarımız çoxdur, Allah onları qorusun. Məsələn, Elnarə Abdullayeva – həm sənəti, həm də əxlaqı ilə seçilən xanım. Gülyaz xanım, Gülyanaq xanım – belə adlar çoxdur. Çağırın onları, 10-20-50 min verin beləsinə. Düzdür, muğam oxuyanların arasında daha çox nümunəvi xanımlarımız var. Amma şou-biznesdə də var, tapmaq olar. Şou-biznesdə də gözəl xanımlarımız mövcuddur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

End of content

No more pages to load

RADİO