Nigeriyalı futbolçu Kinqsli Onyeukvu ilə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Sabah”ın maraq dairəsindədir.
Paytaxt təmsilçisi “transfer pəncərəsi”nin son günlərində hazırda azad agent statusu daşıyan oyunçu ilə heyətini gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, Kinqsli Onyeukvu ötən mövsümün sonunda Portuqaliyanın aşağı liqa klubu “Kampia”dan ayrılıb.
Bizim.Media