Səhiyyə nazirinin yeni müşaviri Elgün Səmədov kimdir? – DOSYE

Xəbər verildiyi kimi, Azərbaycanın səhiyyə nazirinə yeni müşavir təyin olunub. Belə ki, bu vəzifənin icrası məşhur həkim-cərrah Elgün Səmədova həvalə olunub.

Bizim.Media İqtisadiyyat.az-a istinadən yeni müşavirin tərcümeyi-halını təqdim edir:

Səmədov Elgün Nurulla oğlu 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1990-2000-ci illərdə Salyan rayonunun Noxudlu kənd orta məktəbində təhsil alıb. 2000-ci ildə Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. 2006-cı ildə ATU-nun Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub.
 

MÖVZU İLƏ BAĞLI:

Elgün Səmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ


2006-2008-ci illərdə Gədəbəy rayonunda yerləşən hərbi hissə taborunun tibb məntəqə rəisi vəzifəsində işləyib. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlib. 2009-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə poliklinika cərrahı vəzifəsində çalışıb. 2015-2017-ci illərdə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında torakoabdominal şöbə cərrahı işləyib.

Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib. Bundan əlavə, Elgün Səmədov Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak edib və beynəlxalq konfranslarda məruzələr edib.

Elgün Səmədov öz istəyilə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətini 2018-2019-cu illərdə Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirməyə başlayıb. Daha sonra isə 2019-2023-cü illərdə Leyla Medikal Centerdə Cərrahiyyə üzrə direktor müavini işləyib. Elgün Səmədov 2023-cü ilin sentyabr ayından Topçubaşov adına Elmi Cərrahiyyə İnstitutunun baş həkimi vəzifəsində çalışıb. Eyni zamanda Liv Bona Dea Hospitalda ümumi cərrah kimi fəaliyyət göstərməyə başlayıb.



Onun fəaliyyət sferasında qida borusu əməliyyatları və ekstirpasiyası, mədə rezeksiyası və qastroektomiya, mədə kiçiltmə əməliyyatları (açıq və laparoskopik), bağırsaq rezeksiyaları, hemokolektomiyalar, bağırsaq törəmələrinin cərrahiyəsi, düz bağırsaq əməliyyatları (hemoroidan düyünlər, anal çatlar, dermoid kistalar, düz bağırsaq tərəmələri və s.), tiroidektomiya (qalxanabənzər vəzin rezeksiyası), mədəaltı vəzin, böyrəküstü vəzin törəmələrinin cərrahiyəsi, qasıq, göbək, ağ xətt və əməliyyat sonrası yırtıqların laparoskopik plastikası, abdominoplastika, bariatrik əməliyyat, böyrək və sidik axarı daşı əməliyyatı, uşaq cərrahiyyəsi, hər növ ginekloji və uro-androloji və s. kimi əməliyyatlar daxildir. O, indiyədək 2000-dən çox uğurla əməliyyat icra edib.

Elgün Səmədov 2016-cı ilin Aprel döyüşlərində 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib və Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

Tuncay Şanlı "Fənərbağça"ya QAYITDI

Tuncay Şanlı "Fənərbağça"ya QAYITDI

"Uşaqlara atası baxır"

"Uşaqlara atası baxır"

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Çempionlar Liqasında yeni REKORD

Çempionlar Liqasında yeni REKORD

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

Ukraynada xanım nazir İSTEFA VERDİ

Ukraynada xanım nazir İSTEFA VERDİ

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

“Sabah”da amerikalı basketbolçu

“Sabah”da amerikalı basketbolçu

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

End of content

No more pages to load

RADİO